Azərbaycanda qəfil vəfat edən tələbə nişanlı imiş - TƏFƏRRÜAT + YENİLƏNİB
Yusif Nəzərli
08:32 30.08.2022
Cəmiyyət
406
“Heç bir xəstəliyi yox idi, ürəktutmasından qəfil dünyasını dəyişib”.
Bununla bağlı Oxu.Az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Zafta Eyyubovanın vəfat etməsi ilə bağlı danışarkən deyib.
Bildirilib ki, Z. Eyyubova sakit və çalışqan tələbə olub:
“Bizə əmisi oğlu zəng edib məlumat verdi. Biz bütün tələbələri tanımırıq. Dünən rəhmətə gedib, lakin qrup yoldaşlarının heç birinin xəbəri olmayıb. Heç kimlə əlaqəsi olmayan, tamamilə öz dünyasında olan tələbə idi. Qrup yoldaşlarının onun ölümündən xəbərləri belə yox idi”.
Zaftanın əmisi oğlu Rəşad Eyyubov da Oxu.Az-a məlumatı təsdiqləyib:
“Zafta gecə yatıb, səhər qalxmayıb. Xəstəxanada ürəktutmasından vəfat etdiyini bildiriblər. Heç bir narahatlığı yox idi. Səhhətində bu günə qədər problem olmayıb.
Ailəsi çox yaxşı, mehriban idi. Ailədə dörd uşaq idilər – üç qız, bir oğlan. Zafta ən kiçikləri idi. Qalanları ailə həyatı qurublar. Zaftagil həmişə nümunəvi ailə olublar. Ailəsi özünə gələ bilmir”.
R.Eyyubov Zaftanın nişanlı olduğunu qeyd edib:
“Bir müddət olar ki, nişanlı idi. Nişanlısı ilə heç bir problem yox idi. Xaraktercə sakit biri idi. Hər kəslə xoş münasibəti olub. Şəmkir rayonunda yaşayırdı. 20 yaşı var idi. Bəziləri bunu başqa cür anlaya bilərlər. Öz sevdiyi ilə nişanlı idi. Məcbur nişanlanmamışdı. Özünəqəsd mümkün deyil. Qız həm ailəsi, həm nişanlısı, həm də qohumları tərəfindən daim sevilib”.
Qeyd edək ki, hazırda Şəmkir rayonunun Sabirkənd kəndində Zafta Eyyubovanın dəfn mərasimi keçirilir.
11:14
Azərbaycanda tələbə vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.
Qeyd edilib ki, universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Eyyubova Zafta qəflətən dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm