Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
05:21 08.12.2019
Cəmiyyət
654
Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı azalıb.
Trend-in məlumatına görə, 2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158 nəfər, 2017-cı ildə isə 21 042 nəfər, 2018-ci ildə 18902 sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı, 517 nəfər informasiya və rabitə, 2017-cı ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
2018-ci ildə Azərbaycanda 1282 nəfər tikinti sahəsi üzrə, 5152 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 462 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.
Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir.
Azərbaycanda sənaye sahəsində səs-küyün və titrəyişin çox olduğu şəraitdə çalışanların sayı isə artıb.
Ötən il sənaye sahəsində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin 7230-u (2017-ci ildə 6438) səs-küyün çox olduğu şəraitdə, 2866-ı (2017-ci ildə 1816) titrəyişin çox olduğu şəraitdə şəraitdə çalışıb.
Keçən il 7620 nəfər əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, 4884 nəfər zərərli kimyəvi maddələrin normadan artıq olduğu iş şəraitində, 5616 nəfər istehsalat tozunun normadan artıq olduğu iş şəraitində işləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya