Bakı metrosu qatarlar arasında intervalı bir qədər də azaltmaq istəyir
08:43 29.08.2025
Cəmiyyət
465
"Bakı Metropoliteni" QSC qatarlar arasında intervalın daha da azaldılması üzərində iş aparır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu ilin may ayında sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən tarixi addım atılıb. Qatar cütlərinin sayı 30-dan 32-yə çatdırılaraq, hərəkət intervalı 1 dəqiqə 52 saniyəyə endirilib. Hazırda mövcud texniki imkanlar təftiş olunur və intervalın daha da azaldılması üzərində iş aparılıb. Məqsəd yeni tədris mövsümündə ənənəvi sərnişin sıxlığının qarşısını almaq üçün müsbət texniki həllərin tətbiqidir", - deyə o qeyd edib.
Metro rəsmisinin sözlərinə görə, intervalın azaldılması yalnız sərnişinlərin ən sıx olduğu saatlarda tətbiq olunacaq:
"Monitorinqlər yekunlaşmaq üzrədir və nəticələr yeni mövsüm ərəfəsində elan ediləcək. Amma artıq deyə bilərik ki, əlavə 4 qatarın xəttə buraxılması nəticəsində 19 min əlavə sərnişin daşınması mümkün olacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabərdir".
O, həmçinin qeyd edib ki, bu nəticəyə nail olmaq üçün bir sıra texniki yeniliklər tətbiq olunur: "Dispetçer idarəetməsində qrafiklərin hazırlanması ənənəvi mexaniki üsullardan rəqəmsal texnologiyalara keçirilib. Bütün yollarda qatarların hərəkətini tənzimləyən sistemlərin işi yenidən nəzərdən keçirilir, texniki və insan faktoru ilə bağlı dinamik həllər tətbiq edilir. Metro üçün hər saniyə xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı müddətdə yeni qrafik, interval fərqləri və digər texniki məsələlər ictimaiyyətə təqdim olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya