Bakı Şəhər Halqası yerli marşalların iştirakı ilə genişmiqyaslı təlim keçirib
Yusif Nəzərli
09:23 08.04.2023
Cəmiyyət
508
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu qurumun əməkdaşları, media nümayəndələri və məktəblilər üçün genişmiqyaslı təlim keçirib.
BŞH-dan "Report"a verilən məlumata görə, təlimin əsas məqsədi yarış zamanı yarana biləcək fövqəladə hallar və qarşılıqlı fəaliyyət planlarının sınaqdan keçirilməsi, təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün yerli marşalların peşəkarlığının daha da artırılmasıdır.
Yarış simulyasiyasından əlavə, media numəyəndələri və məktəblilərə "Formula 1" avtoidmanı ilə yaxından tanışlıq məqsədi daşıyan xüsusi təlim də keçilib.
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Bakıdakı yarışın idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Praktiki hissədə isə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Tədbir zamanı Azərbaycan Avtomobil Federasiyasına məxsus "Volkicar" maşınlarının sürücüləri iştirakçılar üçün xüsusi yarış keçirib. Bundan əlavə, tədbir məkanında təşkil olunmuş lüks avtomobillər sərgisi və drift (avtomobillərin şou xarakterli yarışı) iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Yarışın təşkilində 1 470 marşal iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə