Bakıda uşaqlara işgəncə verən mərkəz direktoru həbs edilmədi
Yusif Nəzərli
09:30 15.09.2022
Cəmiyyət
384
Bakı Apellyasiya Məhkəməsində Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
Trend xəbər verir ki, prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvi və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıblar. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər üç təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media