Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanır...
Yusif Nəzərli
06:07 06.01.2024
Cəmiyyət
743
Bakıda 2024-cü il başlayandan günəşli keçən günləri yanvarın 6-da soyuq, sərt küləkli hava şəraiti əvəzləyib. Belə temperatur amplitudu qonşu ölkələrdə də müşahidə olunur: proqnoza görə, Türkiyə və Gürcüstanda hava şəraiti qarşıdakı günlərdə kəskin dəyişəcək, dolu, qar və intensiv yağış yağacaq.
Bunun təsirini ölkəmizdə də hiss edəcəyikmi? Azərbaycan üçün ən soyuq qış hansı ilə təsadüf edib?
Sherg.az xəbər verir ki, Oxu.Az-ın bu və digər suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov cavablandırıb.
Onun sözlərinə görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir:
"Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20 m/s olacaq, gecə və səhər saatlarında arabir 27-32 m/s-yə çatacaq. Günün ikinci yarısından zəifləyəcək.
Ətraflı
Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddi günlük dövrü əhatə edir".
Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə, N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək:
"Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin 15-20 m/s, 6-sı səhər arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb".
Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub:
"Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət