
Başqa amil yoxdur! - “Hərbi qulluqçularımızın itməsinə səbəb əlverişsiz hava şəraiti olub”
Yusif Nəzərli
14:24 31.01.2022
Cəmiyyət
532
Kəlbəcər rayonunun Alagöllər sahəsində Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu istiqaməti itirərək azıb. Hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən yollarını itiriblər. Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüblər. İtkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun isə nəşi tapılıb. Yanvarın 31-i saat 12:30 radələrində cəsəd tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, hərbçilərimizin yollarını azaraq itməsində komandir səhlənkarlığından danışmaq düzgün olmaz:
“Kəlbəcər hər zaman öz sərt iqlimi ilə seçilib. 1990-cı illərdə də Kəlbəcər bölgəsində əsgər və zabitlərimizin çoxunu sərt iqlim şəraitinə görə itirdik. İqlim əlverişsiz olduğundan bəziləri don vurmadan, bəziləri isə qar uçqununa düşdükləri üçün şəhid olublar. İstiqaməti itirərək azan hərbi qulluqçularımızın itməsinə də səbəb əlverişsiz hava şəraiti olub. Baş verən hadisədə komandir səhlənkarlığının olmasından danışa bilmərəm. O bölgədə şəraitə uyğun olaraq lazımi avadanlıqlar təmin edilir. Hərbçilərimizin geyimləri qaydasındadır. Regionda hər zaman 6 aylıq yanacaq, silah-sursat, yemək-içmək təmin edilir.
Ekspertin fikrincə, ehtiyac yoxdursa, şəxsi heyəti riskə atmağa dəyməz:
“Zəruri olmayan hallarda şəxsi heyət daldanacaqlarda gözləmələri daha məsləhətlidir. Şəraitə və vəziyyətə uyğun qərarlar vermək daha düzgün olar.Təbii ki, Ermənistan ordusunun diversantları da o qədər cəsarətli deyillər ki, qarlı havada ərazilərimizə soxulsunlar. Həmçinin onların təchizatı da yoxdur. Regionda söz sahibinin Azərbaycan əsgərlərinin olduğunu çox yaxşı bilirlər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm