Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlıq əlaqələrinin sərhədləri Qətərə qədər genişlənir
Yusif Nəzərli
11:42 30.08.2022
Cəmiyyət
373
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya işgüzar səfəri çərçivəsində Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti dr Həməd bin Əbdüləziz Əl-Kuvari ilə görüşüb.
Görüşdə Fond ilə Qətər Milli Kitabxanası arasında yaranan yeni əməkdaşlıq əlaqələrinin Türk və ərəb dünyasının ümumbəşəri dəyərlərinin tanıdılmasına xüsusi töhfələr verəcəyi qeyd edilib. Görüşdə Fondun fəaliyyət göstərdiyi illər ərzində Türk dövlətləri ilə yanaşı, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu təqdir edilib və təşkilat dünya xalqlarının mədəniyyətlərini bir-birinə yaxınlaşdıran körpü kimi qiymətləndirilib. Fond tərəfindən ərəb dilində “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının çap etdirilməsinin ərəb və Türk Dünyası arasındakı mədəni əlaqələrin inkişafına təsir göstərdiyi bildirilib.
Görüşdə Fond ilə Qətər Milli Kitabxanası arasında imzalanacaq Memorandumun və gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov iştirak edib.
Sonda Fondun prezidenti Günay Əfəndiyeva kitabxananı gəzərək, qədim əlyazmalar və kitablarla tanış olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm