"Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi"
Yusif Nəzərli
14:14 07.04.2023
Cəmiyyət
483
“Zamanında bəzi qurumlarımızın “fəaliyyəti” nəticəsində həyata keçirilən bəzi məsələlər, layihələr elə vəziyyətlə üzləşdi ki, insanlar onların təkrarlanmasından qorxur. Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq”.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.
“Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı. Burada sual meydana çıxır ki, bu işə nəzarət edən qurumlar nəyə baxırdı, hara baxırdı? Axı onların vəzifəsi bu işləri tənzimləmək idi. Qurumlar bunun məsuliyyətini sonra daşıdılarmı? Əgər daşımadılarsa, kim cavab verə bilər ki, sabah eyni şeylər yaşanmayacaq? Bizim buna zəmanətimiz varmı? Qurumların maraq savaşının qurbanı insanlar oldu. Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi. Bizə zəmanət veriləcəkmi? Bu gün bölgələrdə onsuz da xeyli problemlərlə üzləşirik. Məlum olur ki, insanlara artıq elektrik sərfiyyatı yazılır. Əslində, bu islahatlar ciddi araşdırılmalı, tənzimləmə qaydaları dəqiq olmalı, insanlara bunun açıqlaması verilməlidir. Səhvlərimizi etiraf etməkdən çəkinməməliyik”, - deyə deputat əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə