Bilet “tacirlər”i bu dəfə də “işləri”ni gördü: Bayramı sərnişinlərin burnundan gətirdilər
15:10 10.01.2020
Cəmiyyət
770
Artıq Yeni il bayramını yola salmışıq. Hər il olduğu kimi bu dəfə də paytaxtda yaşayanlar öz rayonlarına üz tutdular. Ənənəvi olaraq yenə vətəndaşlar biletlərin qiymətindən narazılıq edirlər. Əslində haqqları da var. Belə ki, adi günlərdə 10-12 manata olan biletlər bayramlarda sərnişinlərə iki dəfə baha qiymətə satıldı.
Kiçik araşdırmamız nəticəsində məlum oldu ki, bilet dəllalları olan sürücü və köməkçiləri hər bayramda olduğu kimi, yola saldığımız bayramda da öz “işlərini” gördülər.
Belə ki, sürücülər əvvəlcədən kassalardan biletləri normal qiymətə alır, sonradan sərnişinlərə iki, bəzən üçqat qiymətə satırlar. Kassalardan bilet tapmayan vətəndaşlar isə məcburiyyət qarşısında olun həmin bilet “tacirləri”nə üz tutur.
Bunun qarşısının niyə alınmadığını Bakı Beynəlxalq Avtovağzalından soruşmağa cəhd etdik. Amma qurum rəsmilərindən heç birizənglərimizə cavab vermədilər.
İqtisadçı ekspert Fuad İbrahimov isə deyir ki, bu hallar dünyanın bütün ölkələrində var. O, Sherg.az-a bildirib ki, ən müxtəlif ölkələrdə belə tendensiyalara rast gəlmək mümkündür:
“Nə qədər ki, belə əməliyyatlarda insan faktoru var, problem konkret olaraq aradan qalxmayacaq. Bu, hər zaman belə olub. İnsanlar həmişə nə olursa, olsun öz gəlirlərini artırmağa çalışırlar. Məsələni kökündən və birdəfəlik həll etmək üçün mütləq elektron sistemə keçirilməlidir. Bu, həm rahatlıq, həm də maddiyat baxımından sərfəlidir”.
“Gündəlik olaraq “ASAN-ın xidmətlərindən istifadə edən yeniyetmə və gənclər birdən-birə əvvəlki dövrə qayıtsalar, bəlkə də, dəli olarlar”
Elektron sistemin zəruriliyindən danışan ekspert fikrini ASAN Xidmətin timsalında izah edib:
“ASAN Xidmət fəaliyyətə başlayana kimi onun tərkibində olan bütün sahələrdə qanun pozuntuları olurdu. Məsələn yersiz növbələr, “şirinliklər” və s. İndi isə belə hallardan söhbət gedə bilməz. Çünki elektron sistemdə hər şey şəffafdır. Sizi inandırım ki, indiki dövrdə gündəlik olaraq “ASAN-ın xidmətlərindən istifadə edən yeniyetmə və gənclər birdən-birə əvvəlki dövrə qayıtsalar, bəlkə də, dəli olarlar. Deməyim odur ki, elektron sistemin böyük üstünlükləri var”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə