Buqələmun
Banuçiçək Kalbalıyeva
11:57 29.05.2021
Cəmiyyət
1128
Yəqin ki, hər kəs bu heyvanın adını eşidib. Onun ən unikal xüsusiyyəti düşdüyü mühitə uyğun olaraq rəngini dəyişə bilməsidir. Meşədə yaşıl olur, düzənlikdə sarı, qarda ağ...Nəticədə digər canlılardan müdafiə olunmaq məqsədilə mövcudluğunu gizlədə bilir. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, ətrafdakılardan qorunan( ya da belə rəy yaradan) buqələmun özü digərləri üçün təhlükədir. Bu balaca heyvan şirdən, canavardan daha qorxulu, tülküdən daha hiyləgərdir. Çünki həmin canlıların bir üzü var: necə görünürsə, elədir. Buqələmun isə, az qala, 145 sifətə malikdir. Hər dəfə səni təəccübləndirir, dəqiqədə bir cildə girir. Qəfil bir də görürsən ki, çox yaxındadır. Həddindən çox. Məsələn, aranızdan su keçməz dərəcədə...
Daha qəribəsi isə odur ki, sən onu yaşıl biləndə sarı, qırmızı biləndə qara, sarı biləndə çəhrayı olur...Başa düşə, anlaya bilmirsən. Hansı rəngdə olduğuna yenicə əmin olmağa başlayırsan ki, səni yenə təəccübləndirir. Dediyim kimi, cilddən- cildə, rəngdən- rəngə girir. Onun əslində hansı rəngdə olduğunu müəyyənləşdirməyə çalışırırsan. Fəqət, olmur. Bəlkə, heç zooloqlar özləri də buqələmunun hansı rəngdə olduğunu bilmirlər...Amma məlum olan bir şey var: bu canlının hərəkətlərinə görə təəccüblənmək lazım deyil. Təəccüblü digər heyvanların bunu etməsi və buqələmunun göründüyünü kimi olması olar. Çünki onun işi, əqidəsi, həyat prinsipləri elə bundan ibarətdir- cilddən- cildə, rəngdən- rəngdə girməkdən.
*
...Bəzən elə insanlardan elə hərəkətlər görürük ki, təəccüblənirik. "Həqiqətənmi, bu odur"- deyə, öz- özümüzə sual veririk. Əlbəttə, odur. Necə deyərlər, özüdür ki, var...
P.S: Hə, buqələmunun bir xüsusiyyəti də var: ölsə də, öz rəngini göstərmir. Çünki qorxur...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə