“Büyük buluşma”: “Qərb Rusiyanı neytrallaşdırmağın yeni modelini axtarır”
Banuçiçək Kalbalıyeva
11:05 27.05.2021
Cəmiyyət
691
“Odur ki, Qərblə Rusiya arasında mümkün istiləşmə ümiddən yox, ümidsizlikdən, inamsızlıqdan irəli gəlir”
“Qərbdə bu ölkəni təxribata sürükləməyin lazım olmadığını yaxşı anlayırlar”
“Elə bu səbəbdən də görüşdə hər iki tərəfin maraqlı olduğu məsələlər müzakirə ediləcək, - ziddiyyətlərə yox, ortaq mövzulara vurğu ediləcək”
ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşün İsveçrənin Cenevrə şəhərində keçirilməsi gözlənilir. Bu barədə CNN telekanalı bildirib. Görüşün iyunun 15-16-da planlaşdırıldığı deyilir. Nəhayət ki, “büyük buluşma” olacaq. Bundan sonra tərəflər arasında “buzların əriyəcəyi”, yoxsa “aysberqin yaranacağı” isə hələlik sual altındadır.
Rusiyada yaşayan soydaşımız, jurnalist, politoloq Anar Həsənov bu barədə “Sherg.az”a danışdı: “Ağ Evdən bildiriblər ki, Putinlə görüş Co Baydenin ilk xarici səfəri çərçivəsində keçiriləcək.
Hələlik Kreml Qərb üzərində taktiki qələbələr qazanır. Kollektiv Qərb Rusiyanın ölkə daxilindəki müstəqil KİV və müxalifətlə mübarizəsinin qarşısını ala bilmir. Belə təsəvvür yaranır ki, Qərb hər şeyi vaxtın ümidinə buraxır. Məsələn, apreldə AŞPA Rusiya ilə hədə-qorxu ritorikasına üstünlük vermişdi, amma mayın 24-25-də Avropa Şurasının sammitində rəsmi Brüssel Rusiya ilə bağlı məruzəsini iyuna saxlamış oldu”.
A.Həsənovun fikrincə, tərəflər arasındakı ziddiyət görüşdən sonra da davam edəcək:
“O ki, qaldı ABŞ – Rusiya sammitinə, məncə, Kreml bundan ölkədaxili təbliğatda bəhrələnir. “İkiqütblü dünya” ideologemini istismar edən Kreml üçün ABŞ – Rusiya dialoqu Putinin ABŞ-ın qarşısını alan dövlət kimi təbliğ etməyə imkan verir. Rusiya KİV-də “Bizlə hesablaşırlar” çərçivəli fikirlərə tez-tez rast gəlmək olar. İki ölkə arasında görüş öncəsi vəziyyət o qədər də gərgin deyil. ABŞ “Şimal axını- 2” yə qarşı sanksiyaları dondurub. Blinken və Lavrov da münasibətlərin normalaşmasına ümidli olduqlarını deyirlər.
Amma vəziyyəti Qərbin geriyə çəkilməsi kimi qiymətləndirmək də düzgün deyil.
Məncə, Qərb Rusiyanı neytrallaşdırmağın yeni modelini axtarır. Odur ki, Qərblə Rusiya arasında mümkün istiləşmə ümiddən yox, ümidsizlikdən, inamsızlıqdan irəli gəlir. Qərbdə bu ölkəni təxribata sürükləməyin lazım olmadığını yaxşı anlayırlar. Elə bu səbəbdən də görüşdə hər iki tərəfin maraqlı olduğu məsələlər müzakirə ediləcək, - ziddiyyətlərə yox, ortaq mövzulara vurğu ediləcək. Bu görüş Rusiyanın sürətli silahlanmasının qarşısını alacaqmı? Xeyr! Bu görüşdən sonra rusiyalı oliqarxlar öz Qərb hesablarına görə rahat ola bilərlərmi?
Xeyr! Görüş Rusiyaya qarşı sanksiyalara son qoyacaqmı? Xeyr! İyun sammiti tərəflərin qarşıdurma prinsiplərindən imtina etməsinə səbəb olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə