DGK sədri: “Azərbaycan Gürcüstanla gömrük sahəsində əməkdaşlığı möhkəmləndirəcək”
Yusif Nəzərli
15:42 26.01.2022
Cəmiyyət
653
“Azərbaycan Gürcüstanla münasibətlərin inkişafı və möhkənmləndirilməsinə böyük önəm verir. Ölkələrimiz arasında gömrük, ticari-iqtisadi, siyasi və mədəniyyət sahələrində münasibətlər ən yüksək səviyyədədir”.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Tbilisidə Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirə göndərdiyi videotəbrikdə deyib.
O qeyd edib ki, Gürcüstan və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda, xüsusən də, Beynəlxalq Gömrük Təşkilatı, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə iştirakı sıx əməkdaşlığın dərinləşdirilməsinə yönəlib:
“Gürcüstanla dövlət sərhədlərinin vahid idarə olunması prinsipinin tətbiqi, həmçinin tranzit dəhlizi üzrə beynəlxalq yüklərin fasiləsiz hərəkətinin təmin oluması istiqamətləri üzrə əməkdaşlığımız yüksək səviyyədədir. Ümid edirəm ki, gələcəkdə gömrük qurumlarımız arasında əməkdaşlıq daha da möhkəmlənəcək və dərinləşəcək”.
DGK sədri Gürcüstan gömrükçülərini Beynəlxalq Gömrük Günü münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya