Dönər təhlükəsi: Gənclər ziyanını sonra hiss edəcəklər – YEMƏYİN!
Nihat Müzəffər
12:28 18.12.2019
Cəmiyyət
1648
Toyuq və ət dönərlərinə edilən hiylələr gündəm mövzusuna çevrilib. İndi də dönərçilərin satılmayan dönər ətini bir gün sonra yeni dönər ətinə qarışdıraraq satması haqqında məlumatlar yayılıb. Dönərin vətəni sayılan Türkiyədə bu halların baş verdiyi təzə hadisə deyil. Qardaş ölkənin qida mütəxəssisi Fuad Tekneci xəbərdarlıq edib ki, qalan dönərin bir gün sonra satılması çox risklidir: “Toyuq ətindən hazırlanan dönərin sabaha qalması və istifadə edilməsi qırmızı ətə nisbətən daha risklidir. Eyni gündə yeyilməlidir.
Mütəxəssis deyir ki, dönəri şişlə birlikdə qalan qisimini dondurucuya atıb, istifadə edənlər var: “Bu çox təhlükəlidir. Çünki səth isti, orta qisimi soyuqdur. Bakteriyanın artma riski çox yüksəkdir".
Bir gün sonraya saxlanmış dönər ətinin yenidən satılması tendensiyası paytaxt Bakıda da yaşanır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a bildirib ki, bu məsələdə türk ekspertlərin fikirlərinə qatılır:
“Onların bu qənaəti çox doğrudur. Bugünədək istehlakçı hüququnu qoruyuram. Amma cəmi iki dəfə zərərli məhsulların kütləvi məhv edilməsi prosesində iştirak etmişəm. Apardığım araşdırmalardan da bəlli olub ki, hazırlanmış dönər ətinin saxlanıb, sabah yenidən alıcılara təklif edilməsi çox təhlükəlidir. Çünki ət saxlandıqda onun tərkibindəki bakteriyalar məhv olmur, bir haldan digər hala keçir. Bu gün Azərbaycanda dönərləri qanunla hazırlayan yalnız iki müəsissə var. Onların hazırladığı dönər saxlanıb bir gün keçdikdən sonra istifadə edilsə, təhlükəli olmaz. Çünki onlar əti mənfi 40 dərəcə şok dondurmadan keçirir. Amma yenədə dönər ətinin saxlanıb yenidən satışa çıxarılması uyğun görülmür. Lakin paytaxtın əksər dönərxanalarında ət mənfi 40 dərəcə şok dondurmadan keçirilmir. Beləliklə də, ətin içərisində olan bakteriyalar asanlıqla insan orqanizminə daxil olur”.
E.Hüseynov onu da söyləyib ki, payxtda satılan dönərlər insanlara zərər verir:
“Bakının dönərxanaları qoyulan tələblərin heç biri yerinə yetirmir. Nə dönər ətinin tərkibindəki bakterialar məhv olunur, nə də ki, digər gigenik qayadalara riayət edilir. Əksər yerlərdə dönərlər yol kənarında toz-torpaqla birbaşa təmasda hazırlanır. Bütün bunlar da insanlara ziyandır. Gənclər dönərdən çox istifadə edirlər. Zərərini bir neçə ildən sonra hiss edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya