Dörd qurumda yüksək vəzifələr daxili müsahibəyə çıxarılıblar
Yusif Nəzərli
08:59 06.04.2023
Cəmiyyət
437
6 aprel 2023-cü il tarixindən Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin 1-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 7 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 1-ci təsnifatına uyğun olan Hesablama Palatası Aparatının rəhbəri vəzifəsidir.
Ümumilikdə isə Hesablama Palatasında 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2 və Qida Təhlükəsizliyi Agentliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 aprel 2023-cü il tarixindən 20 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya