Dövlət Komitəsi yanında İctimai Şura qayıdış prosesini müzakirə edib
Yusif Nəzərli
10:36 14.10.2022
Cəmiyyət
376
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın iclasında işğaldan azad olan ərazilərə qayıdış prosesi müzakirə olunub.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
İctimai şuranın sədri Anar Xəlilov Dövlət Komitəsi ilə səmərəli qarşılıqlı fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərdə dərin razılıq hissi doğurur. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş bu kateqoriyadan olan həmvətənlərimiz öz doğma yurdlarına qayıdışın da uğurla həyata keçiriləcəyinə əmindirlər.
Böyük Qayıdışın başlandığı məmnuniyyətlə qeyd edilərək, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ilkin mərhələlərində əldə olunmuş təcrübənin digər məcburi köçkün icmalarının da qayıdış prosesinə hazırlanmasında böyük fayda verəcəyi vurğulanıb. Dövlət Komitəsinin bu sahədə apardığı maarifləndirmə, məlumatlandırma işlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi diqqətə çatdırılıb və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib.
İctimai Şura ilə Dövlət Komitəsi arasında operativ əlaqənin təmin olunmasının əhəmiyyəti qeyd edilib və bu təcrübənin məcburi köçkünləri narahat edən məsələlərin həllində müsbət rol oynadığı bildirilib.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayıb.
İclasda məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasının indi ən vacib məsələ olduğu qeyd olunub, bu və digər aktual məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil