Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb
Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb
Yusif Nəzərli
11:25 04.09.2023
Cəmiyyət
519
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Dövlət Xidməti DVX ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb.
Sentyabrın 1-dən etibarən “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.
Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.
Qeyd edək ki, dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dərinliyinə doğru irəliləyirik - General
20:15 04.03.2026
Dünya
Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını müəyyənləşdirdi
20:07 04.03.2026
Dünya
ABŞ-nin birinci xanımına ETİRAZ
20:02 04.03.2026
Gündəm
“İran regionu xaosa sürükləməyə çalışır” - ŞƏRH
19:57 04.03.2026
Gündəm
Laricani 500-dən çox Amerika hərbçisinin öldürüldüyünü iddia edib
19:38 04.03.2026
Dünya
Türkiyə İran səfirini XİN-ə çağırdı
19:30 04.03.2026
Gündəm
Hasan Oktay: “Xameneidən sonrakı siyahı 24 saata alt-üst oldu”
19:24 04.03.2026
Gündəm
İranla müharibə 2 ay davam edəcək? - Pentaqon
19:21 04.03.2026
Dünya
Pezeşkian: İranın yanında olan hər kəsə təşəkkür edirəm
18:59 04.03.2026
Dünya
Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı
18:41 04.03.2026
Siyasət
Osimhen üçün Bundesliqadan böyük təklif
18:34 04.03.2026
Dünya
Xameneinin varisləri: Yerinə üç nəfərdən biri keçə bilər
18:27 04.03.2026
Region
XİN: İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub
18:18 04.03.2026
Siyasət
Sumqayıtda 64 yaşlı kişi güllələndi - FOTO
17:55 04.03.2026
Hadisə
Müharibə naziri İranın Trampı öldürməyə çalışdığını iddia edib
17:43 04.03.2026
Dünya