“Döyüş Klubu" filminin son səhnəsi dəyişdirilib
Yusif Nəzərli
11:31 26.01.2022
Cəmiyyət
856
1999-cu ildə Çində nümayiş etdirilən "Döyüş Klubu" filminin son səhnəsi dəyişdirilərək fərqli bir sonluq yazılıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, həftə sonu Çinin məşhur yayım platforması "Tencent Video"da Devid Finçerin "Döyüş Klubu"na baxmaq istəyən insanlar filmin simvolik sonluğunun tamamilə silindiyini görüblər.
Filmin nümayişindən 20 ildən çox vaxt keçdikdən sonra baş verən dəyişiklik tamaşaçıları qəzəbləndirib.
Final səhnəsində Edvard Nortonun həyat verdiyi "Həqiqətçi" Bred Pittin canlandırdığı Tayler Durdeni öldürür. Sonra Helena Bonham Karterin oynadığı sevgili rolu ilə birlikdə bomba yerləşdirdiyi binaların partlamasını izləyib.
Səlahiyyətlilər bu səhnədə anarxist, anti-kapitalist və "müasir sivilizasiyanı çökdürmək planı" mesajlarını siliblər.
Filmin orijinal versiyasında tapılan partlayışların olduğu bütün səhnələr kəsilib. Bunun əvəzinə izləyicilər bir mesajla qarşılaşdılar.
Filmin sonuna əlavə edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:
"Taylerin ipuçlarını izləyən polis planını başa düşməkdə gecikmədi, bütün cinayətkarları həbs etdi, bombaların partlamasının qarşısını uğurla aldı. Məhkəmədən sonra Tayler ruhi xəstəxanaya göndərildi və orada psixoloji müalicə olundu. 2012-ci ildə xəstəxanadan evə buraxıldı".
Filmin orijinal variantını bilən tamaşaçılar yaranmış vəziyyətə neqativ münasibət bildiriblər.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə