
Ekspert: Metroda həyata keçirilən tədbirlər nəqliyyat yükünün azaldılmasına xidmət edir
12:04 29.08.2025
Cəmiyyət
479
Hazırda hədəfimiz mövcud texniki imkanları bir qədər təftiş edərək, qatarlar arası intervalı bir qədər də azaltmaqdır. İndi 2 qatar cütü sayında xətlərdə hərəkətin bir az da sxılaşdırılması üzərində iş aparılır.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, intervalın azaldılması sərnişinin ən sıx olduğu saatlarda tətbiq olunacaq.
"Bununla bağlı müvafiq monitorinqlər yekunlaşmaq üzrədir. Yeni mövsüm ərəfəsində elan ediləcək. Lakin onu xüsusi qeyd etmək olar ki, intervalın azaldılması üçün əlavə 4 qatarın stansiyadan keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabər bir rəqəmdir".
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Sherg.az”a bildirdi ki, qatarlar arasındakı intervalın azaldılması üçün yeni stansiyaların və depoların inşası, eləcə də əlavə qatarların gətirilməsi həyata keçirilir:

“Bu prosesin əsas məqsədi sərnişinlərin daha sürətli, yüksək keyfiyyətli və təhlükəsiz daşınmasını təmin etməkdir. Yeni metro xətlərinin istifadəyə verilməsi, həmçinin intervalların optimallaşdırılması istiqamətində aparılan tədbirlər artıq Metropoliten rəhbərliyi tərəfindən əvvəlki açıqlamalarda vurğulanıb və hazırda sistemli şəkildə icra olunur. Bununla yanaşı, qatarların hərəkət cədvəllərinin beynəlxalq standartlara uyğunlaşdırılması və texniki modernizasiya işlərinin aparılması sərnişindaşıma keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. İnfrastrukturun genişləndirilməsi və idarəetmə sistemlərinin rəqəmsallaşdırılması nəticəsində nəqliyyatın fasiləsizliyi və operativliyi təmin olunur. Eyni zamanda, təhlükəsizlik standartlarının gücləndirilməsi, fövqəladə hallarda operativ reaksiya mexanizmlərinin tətbiqi sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, metro nəqliyyatında həyata keçirilən bu tədbirlər həm şəhərin nəqliyyat yükünün azaldılmasına, həm də ictimai nəqliyyata olan etimadın artmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya