
Ekspert: Nazirlər kabinetinin qərarı hər bir əraziyə aiddir
09:53 12.09.2024
Cəmiyyət
468
Paytaxt ərazisindəki bütün parklanmalarda demək olar ki, ilk 15 dəqiqə ödənişsiz həyata keçirilir. Yəni sürücü öz avtomobilini ilk 15 dəqiqə pulsuz şəkildə həmin ərazidə park edə bilər. Lakin "Qış parkı"ndakı yeraltı parklanmada mənzərə tamam fərqlidir. Burada avtomobil içəri daxil olduqdan sonra qiymət hesablanmağa başlayır.
Məsələ ilə bağlı parklanmalara nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödənişin tələb olunmaması dövlət avtomobil yollarının kənarında təşkil edilən parklanma yerlərinə şamil edilir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinin 15-ci hissəsinə edilən dəyişikliyə əsasən, ödənişli parklanmalarda ilk 15 dəqiqə ödənişsizdir.
Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, şəhərin mərkəzi hissələri bir necə ərazi vahidliyinə bölünür:

''Burada isə parkinq qiymətləri Tarif Şurası tərəfindən standart şəkildə təyin olunur. "Yol hərəkəti haqqında" qanuna əsasən, parkinq xidmətinin ilk 15 dəqiqəsi pulsuzdur. Həmin vaxt ərzində insanlar vacib olan ehtiyaclarını ödəyə bilərlər. Məsələn, həmin müddətdə aptekdən dərman və ya marketdən hansısa məhsulu almaq mümkündür. Doğrudur, 15 dəqiqə çox azdır. Lakin hər bir halda parkinqdən pulsuz istifadə imkanı yaradılıb. "Qış parkı"-ndakı mənzərəyə gəlincə isə bura şəhərin mərkəzi hissələrindən biridir. Orada hər hansı qayda pozuntusuna görə, məsuliyyəti ərazinin tabeliyində olan aidiyatı qurum daşıyır. Təbii ki, Nazirlər kabinetinin qərarı hər bir əraziyə aiddir. Ona görə də qaydalara qeyd-şərtsiz əməl etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm