
Gələcək nəsillərə daha sağlam bir təbiət buraxılacaq
23:46 15.11.2024
Cəmiyyət
556
COP29-un plastik tullantılarla bağlı qəbul edəcəyi qərarlar ekoloji tarazlığın qorunmasına xidmət edəcək
Plastik tullantılar ətraf mühitə və ekosistemlərə geniş miqyasda təsir edir. Plastik tullantıların tənzimlənməsi və onların iqlim dəyişikliyinə təsiri, Birləşmiş Millətlər Təşkilatının (BMT) COP-29 çərçivəsində prioritet mövzulardan biri kimi nəzərdə tutulub. Bu müzakirələr plastik tullantıların təkrar emalı, karbon izlərinin azaldılması, normativ tənzimləmələr və dövlətlərarası əməkdaşlığın əhəmiyyətinə yönəlib.
Qeyd edək ki, plastik tullantıların təsiri təkcə onların fiziki mövcudluğu ilə məhdudlaşmır; plastik məhsulların istehsalı və onların çürüməsi də ətraf mühitə təsir edən karbon emissiyalarına səbəb olur. Plastik istehsalı üçün fosil yanacaqlardan istifadə edilir, bu isə böyük miqdarda karbon qazının atmosferə buraxılmasına gətirib çıxarır. COP29 müzakirələrində plastik istehsalının qlobal karbon izinə təsiri, plastik tullantıların idarə olunması və təkrar emal imkanları xüsusi əhəmiyyət daşıyır.
Plastik tullantıların ekosistemlərə mənfi təsirinin çoxşaxəli olduğunu vurğulayan Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı “Sherg.az"a açıqlamasında deyib ki, plastik tullantılar təkcə torpağı çirkləndirməklə kifayətlənmir, eyni zamanda su hövzələrindəki canlılar üçün böyük təhlükə yaradır:

“Ekologiya üçün ən böyük problem budur. Artıq insan bədənində və beynində plastiklərin toplanması Niderlandda son araşdırmalarda ortaya çıxdı. Okean və dənizlərdə bütün canlıların bədənində plastik var. 1000 ilə yaxın çürümür təbiətdə. Dünya ekologiya dərdi çəkirsə, ilk növbədə bu texnologiya məhv edilməlidir. Yoxsa artistlik etməyin mənası yoxdur.
Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən həyatını itirir. Bu proses davam etdikcə, plastik tullantıların daha geniş miqyasda ekosistemlərdə dağıdıcı təsirləri müşahidə ediləcək”.
E.Bayramlının sözlərinə görə, qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək" adı verilib, çünki ölkənin hər yerində, hər addımbaşı bu torbalar səpələnib. Karib dənizində isə plastik və polietilen zibillər ucsuz-bucaqsız “dəniz” əmələ gətirib:
“Təbiətə atılmış polietilenlər isə çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir: “Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tıxayır, yollarda sellofan torbalar uçuşur. Bu ultrakimyəvi tullantılar suyu, torpağı və havanı zəhərləyir. Adi qaydada atıldıqda torpağı, suyu, yandırıldıqda isə havanı zəhərləyir. Ən böyük zərəri isə insan sağlamlığına vurur, xərçəngdən tutmuş hər cür xəstəlik yaradır”.
Ekspert ümid edir ki, COP29 çərçivəsində həyata keçirilən tədbirlər və müzakirələr plastik tullantıların idarə edilməsində qlobal əməkdaşlıq və qanunvericilik çərçivələrinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Onun fikrincə, plastik tullantıların azaldılması və təkrar emal texnologiyalarının inkişafı yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də su ekosistemlərinin, biomüxtəlifliyin və insan sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır: “COP29-un plastik tullantılarla bağlı qəbul edəcəyi qərarlar ümumilikdə ekoloji tarazlığın qorunması və ekosistemlərin dayanıqlığının təmin edilməsinə xidmət edəcək və gələcək nəsillərə daha sağlam bir təbiət buraxmaq üçün zəruri addımlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı