Gənclər var ki, gündəmdə qalmaq üçün hər yola əl atırlar
23:15 01.08.2024
Cəmiyyət
483
Onlar ədəbiyyatımızın Artemida məbədlərini yandırmaq istəyirlər
Mənasız çabadır. Bu yolla uzağı 5 gün, 1 həftə gündəmdə qala bilərlər
“Ramiz Rövşən də, Salam da dünya poeziyasının ən möhtəşəm şeirlərini yazırlar”
Bir müddət öncə sosial mediada Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını tənqid edən, onun şeirlərini heç kim oxumur deyən gənclər, indi də Ramiz Rövşən, Salam Sarvana “ilişir”. Deyəsən, cəmiyyətin böyük şair kimi qəbul etdiyi və şeirlərini sevə-sevə oxuduğu şəxsiyyətlərə “daş atmaq” gənc yazarlarda ənənə halını alıb.
Şair Tural Turan sosial media hesabında yazıb ki, Azərbaycan oxucusunun peşəkarlığı və tələbkarlığı artmadıqca bizdən dünya ədəbiyyatına çıxan şair və yazıçılar olmayacaq. Öncə millət, xalq olaraq böyüməliyik. Bədii və ədəbi təfəkkürümüzün sarı simini əbədi və yekdil olaraq XXI yüzilə və ondan sonrakı əsrlərə kökləməliyik: “Bizim oxucu hələ də Ramiz Rövşəni, Salam Sarvanı böyük şair hesab edir. Əslində, Salam Sarvan Ramiz Rövşəndən daha orijinal şairdir. Ramiz Rövşən isə folklorun, ən yaxşı halda bir yenilikçi, tapıntı misranın başına "qara paltar" keçirib, ay işığına dırmaşdırır, daha sonra "başı kəsik gözəl kötük(?)"lərin üstündə boynunu vurur.
Dünya oxucusunu ay işığının adamı yerə mıxlaması maraqlandırmır, dünya oxucusu eşitmədiyini, təsəvvüründən uzaq şeyləri səndən eşitmək istəyir...
Salam Sarvanın, Ramiz Rövşənin "ağlaşma ədəbiyyatı" ancaq Şərqin geridəqalmış xalqlarına lazımdır. Onlar da şeirdən daha çox "bir kısmat əppəh" haqqında düşünürlər.
Bizimkilər də Ramiz Rövşənin "göy üzü aylı-ulduzlu, baxır Allah gizli-gizli..." kimi çeynənmiş fikirləri önündə təzim edirlər... Ona görə də Biləcəri stansiyasında şairlərin və yazıçıların tıxacı yaranıb, atam balaları...”
Gənc şair hesab edir ki, bizdən fərqli olaraq ermənilər Sarmeni, Qurgeni Maharini, gürcülər Georgi Kekelidzeni, Aka Morçiladzeni dünyaya çıxarmağı bacarıblar. Səbəbi də onla izah edir ki, Nodar Dumbadzedən sonra gürcü ədəbiyyatında, Nairi Zaryandan sonra erməni ədəbiyyatında yeni mərhələ başlayıb: “Həmin mərhələnin adı "elit oxucu mərhələsi" idi. Ədəbiyyata və dünyaya baxışı dəyişdilər və bacardılar. Biz isə təfəkkürümüzdən kənara çıxmağı istəmirik. Dünyanın ədəbi təfəkkür oxu isə bizim şüur orbitimizdən xeyli uzaqda fırlanır, xanımlar və cənablar...”
Gənclərin görkəmli müəlliflər haqqında tənqidi fikirlər yazmasının özlərini reklam məqsədi daşıdığını vurğulayan ədəbi tənqidçi Əsəd Cahangir isə “Şərq”ə açıqlamasında belə deyib: “Ramiz də, Salam da bu gün dünya poeziyasının ən möhtəşəm şeirlərini yazırlar. Görkəmli insanları bəyənməyib onların fəaliyyətini tənqid edənlərin məqsədi gündəm yaratmaqdır. Lakin uğursuz və gülünc hücum çabalarıdır. Fikir verirsinizə, son zamanlar Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Salam Sarvan, Üzeyir Hacıbəyov, rejissor Hüseyn Seyidzadə və bu kimi bir çox ədəbiyyat və incəsənət nümayəndələrinə qarşı gənc nəslin bəzi nümayəndələrinin tənqidi fikirləri ilə çox rastlaşırıq. Kimiləri status, kimiləri məqalə formasında öz fikirlərini qeyd edir. Bilirsiniz, özü barədə yüksək fikirdə olub, bunu həyata keçirə bilməyən və heç bir müvəffəqiyyət əldə edə bilməyəcəyini başa düşən adamlar vaxtı ilə uğur qazanmış və hələ də qazanan adamlara "daş” atmağa başlayırlar ki, mən də varam! Bu, psixologiyada "herostrat kompleksi” adlanır.
Deməli, Herostratus adlı bir qədim yunan çobanı olub. Baxıb ki, ətrafındakı insanların biri məşhur filosof, biri məşhur aktyor, biri də qəhrəmandı. Şöhrət qazanmağın yollarını axtaran çoban belə bir qərara gəlib ki, məşhur Artemida məbədini yandırıb tarixə düşsün və məşhur olsun. Hansı ki yunan xalqı həmin məbədi çox yüksək qiymətləndirib və onunla fəxr ediblər. Sonradan yunanlar çobanın məbədi yandırmaq məqsədini bilir və onun adını heç yerdə çəkməyəcəklərinə söz verirlər. Çox təəssüf ki, gündəmdə qalmaq üçün hər yola əl atan gənclər də ədəbiyyatımızın Artemida məbədlərini yandırmaq istəyirlər. Dediyim kimi, mənasız çabadır. Bu yolla uzağı 5 gün, 1 həftə gündəmdə qala bilərlər. Tarix boyu bu cür “herostratuslar” çox olub, bu gün də var, gələcəkdə də olacaqlar. Böyük sənət isə ancaq öz yolu ilə irəliləməkdədir. Ədəbiyyatda özünü təsdiq etməyin, iz qoymağın yalnız və yalnız bir yolu var: istedad, istedad və yenə də istedad. Mirmehdi Seyidzadənin bizə orta məktəb illərində öyrədilən bir şeiri vardı:
Nə ağılsızmış səndə olan baş,
Neylər, qartala qarğa atan daş!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur