Gündəmi “Tik-tok” müəyyənləşdirir! – "Gizli əllər”...
Banuçiçək Kalbalıyeva
11:30 21.06.2021
Cəmiyyət
569
Qulu Məhərrəmli:"Ciddi problemləri məişət səviyyəsinə endirmək, yersiz dartışmalar yaratmaq istəyənlər çoxdur"
Sosial şəbəkələr çox qəribə platformadır. Hər səhər telefonumuzu əlimizə alıb sosial şəbəkə hesablarımıza göz gəzdirəndə bir gündəmlə tanış oluruq. Sanki gündəmi artıq “Facebook”, “İnstagram”, “Tik-tok” müəyyənləşdirir. “Sanki” niyə? Elə belədir. Əks halda cəmiyyətin əksər hissəsi nə üçün “Şuşa bəyannaməsi”nin müddəalarını arxa plana keçirib Fulya Öztürklə bağlı film çəkilməsini ajiotaja çevirsin, Van Damdan danışsın, ya da hansısa ucqar bir kənddə üçbuynuzlu keçinin doğulmasını ciddi-cəhdlə müzakirə etsin?! Görünür, hansısa "gizli əl və ya əllər” informasiyanı idarə edir və məqsədli şəkildə gündəmi dəyişir.
BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında sosial şəbəkələrdəki tendensiyanı belə izah etdi:
“Bu, həmin platformalardakı azadlıq meyarları, demokratiya ilə əlaqəlidir. Gündəmi dəyişmək istəyənlərlə yanaşı, ictimai rəyə təsir etməyə çalışanlar da var. Ciddi problemləri məişət səviyyəsinə endirmək, yersiz dartışmalar yaratmaq istəyənlər çoxdur. Çünki həmin mövzularda “müzakirə aparmaqdan ötrü” xüsusi intellekt tələb olunmur. Və biz hər kəsdən eyni dərəcədə məntiq, intellekt, dövlətçilik şüuru ummaqla səhv edirik. Odur ki, sosial şəbəkələrdəki meyli normal qarşılamalıyıq”.
Q.Məhərrəmli, həmçinin belə hallarla necə mübarizə apara biləcəyimizi izah etdi:
“Media işçiləri bu məsələdə aktiv olsalar da, tək onlar deyillər. Mənfi yüklü, yoxlanılmamış informasiya yayanlar az deyil. Lakin onların bu cəhdləri külək effektlidir- əsib keçir. Nə gündəmi dəyişə bilir, nə də prosesləri. Biz cəmiyyətdə intellektual səviyyənin yüksək olmasına çalışmalıyıq. Belədə hadisələrə doğru yanaşacaq və sosial şəbəkələrdən umacağımızı minimum endirə biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou