Helsinkidə Zəfər Günü qeyd edilib - FOTO
Yusif Nəzərli
16:46 08.11.2022
Cəmiyyət
379
Finlandiyanın paytaxtı Helsinkidə 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Helsinki Azərbaycan Evində baş tutan tədbir “Azər-Türk” Gənclər Təşkilatınnın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı və Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Tədbir torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Ü.Cabbarova, Azərbaycanın Finlandiyadakı səfirliyinin əməkdaşı Nail Qocayev və Türkiyənin Finlandiyadakı səfirinin birinci müavini Hakan Özdəmir soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik ediblər. Əzəli torpaqlarımızın işğalına son qoyan milli mübarizəmizə diqqəti cəlb edən natiqlər bildiriblər ki, iki il öncə baş vermis Vətən müharibəsində qazandığımız parlaq qələbə Qarabağ münaqişəsinin bitməsi ilə nəticələnib, yüz minlərlə həmvətənimizin doğma yurd-yuvalarına və evlərinə dönməsinə imkan yaradıb.
Tədbir Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə isveçli rejissor və fotoqraf Mikael Silkeberg tərəfindən lentə alınan “Xarı bülbül əfsanəsi” sənədli filminin və Finlandiyada yaşayan Azərbaycan rəssamı Çingiz Abasovun “Qarabağ 30 il və 44 gün” əsərinin təqdim olunması ilə davam edib. “Şuşa ili” çərçivəsində lentə alınan “Xarı bülbül əfsanəsi” filmində Azərbaycan və dünya mədəniyyətində Şuşanın yeri, bu şəhərdə anadan olmuş, dünya mədəniyyətinə, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş şəxsiyyətlər haqqında məlumat verilib.
Tədbirin bədii hissəsində Finlandiyada yaşayan soydaşımız Könül Saedi, Mona Safojifar, Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdləri Rafael İmani Nicat Əhədov və Səid Mirzəyevin ifasında Zəfər Gününə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region