“Həyəcan və panikadan uzaq durmalıyıq” - Psixoloqdan tövsiyələr
Banuçiçək Kalbalıyeva
15:23 20.07.2020
Cəmiyyət
1706
Ölkədə koronavirus dalğası davam etməkdədir. Yoluxanların sayında azalma müşahidə edilsə də, təhlükə tam sovuşmayıb. Odur ki, Nazirlər Kabineti yanında Operativ Qəragın qərargahın qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun beşinədək uzadılıb. Bu, insanların sağlamlığına hesablansa da, demək olar, bütün günü evdə qalmaq, çölə məhdudiyyətlə çıxmaq insanları psixoloji cəhətdən narahat edir. Cəmiyyətdə artıq sosial aqressiya müşahidə olunmaqdadır.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayev “Sherg.az”a açıqlamasında aqressiyaya qalib gəlməyin yollarından danışıb:
“Düzdür, cəmiyyətdən təcrid olunmaq, izolyasiya qaydalarına əməl etmək insanların psixologiyasına mənfi təsir göstərib. Amma bu, sağlamlığımız üçündür. Yaxşı olar ki, karantin rejimin labüdlüyünü şüurlu şəkildə başa düşək. Bu, mənfi psixoloji təsirlərin aradan qalxmasına kömək edəcək. Karantinin ilk vaxtlarının daha çətin keçdiyini etiraf etməliyik. Tədricən isə adaptasiya olmağı bacardıq. Mütləq günümüzü planlaşdırmalı, həyəcan və panikanı özümüzdən uzaq saxlamalıyıq.
Əzizlərimizlə, doğmalarımızla müntəzəm əlaqə saxlamaq, ünsiyyətdə olmaq ən əsas şərtlərdəndir. Eyni zamanda uşaqlarımıza da vaxt ayırmalıyıq. Günün müəyyən vaxtında “sakit zaman” təyin edə və həmin müddətdə ailəlikcə kitab oxuya bilərik. Bu, təkcə mənfi psixoloji təsirlərin aradan qalxmasına kömək olmayacaq, həm də zehni inkişafımızı təmin edəcək.
Dediyim kimi, neqativ fikirlərdən mümkün qədər uzaq qalmalıyıq. Qorxu, stress kimi hisslərlə müşahidə olunan düşüncələr ağlımıza gəldikdə ona 5-10 dəqiqə vaxt ayırmalı, ümumilikdə “hələ vaxtı deyil”, “zamanım yoxdur” deyərək cari işlərimizlə məşğul olmalıyıq. Yəni hətta narahatedici fikirlər üçün də konkret vaxt təyin etməli və günümüzün qalan hissəsini müsbət auraya kökləməliyik”.
M.Mustafeyev, həmçinin qeyd edib ki, indiki məqamda yalnız əqli və mental yox, fiziki sağlamlığımızın da qayğısına qalmalıyıq:
“Psixoloji vəziyyətlə yanaşı, fiziki durumumuzu da düşünməliyik. Bunun üçün hər gün bir müddət idmanla məşğul olmaq lazımdır. Doğrudur, zallar bağlıdır. Amma ev şəraitində məşq edə, internet resurslarındakı proqramlardan yararlana bilərik. İdman insanda müsbət emosiayaların inkişafını təmin etməklə barabər, həm də əzmkarlıq, mübarizlik ruhu yaradır. İndi ölkəmiz böyük bir sınaqdan gedir.
Görünən düşmən olan ermənilərlə yanaşı, həm də gözəgörünməz rəqib- koronavirusla mübarizə aparırıq. Qalib gəlməyin yeganə yolu isə birlik, həmrəylikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat