Hüquq müdafiəçisindən təklif: “Bələdiyyələrdə qadın otaqları yaradılmalıdır ki...”
Fidan Həmişəyeva
12:49 06.09.2019
Cəmiyyət
672
Ötən il ölkəmizdə ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb. Həmin şəxslərin 42-si qadın olub.
Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib. 2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.
Zaman-zaman ailə münaqişəsi nəticəsində faciəvi sonluqla nəticələnən hadisələrin şahidi oluruq. Mətbuatda, kütləvi informasiya vasitələrində, televiziyalarda belə hadisələrlə bağlı müxtəlif müzakirələr aparılsa da neqativ hallar yenə baş verir. Mütəxəssislərin bir qismi isə bu kimi hadisələrin baş verməsini cəmiyyətimizdə ailə institutunun tam formalaşmaması ilə əlaqələndirirlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az” açıqlamasında söyləyib ki, Azərbaycanda ailə münaqişəsi zəminində baş verən hadisələrə dair qanunlar qəbul olunub.
Onun sözlərinə görə, həmin qanunlar şiddətə uğrayan qadınları müdafiə etməlidir:
“Regionlarda, həmçinin paytaxtda ailə münaqişəsi zamanı baş verən şiddətlərə bələdiyyələr, icra hakimiyyətində işləyənlər cavabdehdir. Regionlarda nə normal araşdırmalar gedir, nə də bu məsələlərlə bağlı tədbirlər keçirilir. Vətəndaş cəmiyyətini qrantlardan qırağa qoyandan sonra bu məsələ ilə çox məşğul olduq. Yerli televiziyalarda, qəzetlərdə çıxışlar edirdik.
Qadın bir dəfə döyüləndə susur, ikinci dəfə susur, üçüncü dəfə isə öldürülür. Ona görə də bu sahədə maarifləndirmə işinin aparılmasına çox böyük ehtiyac var. Bələdiyyələrin fəaliyyəti güclənməlidir və onlar müstəqil olmalıdırlar. Bələdiyyələrdə qadın otaqları yaradılmalıdır ki, onlar şiddətə məruz qalanda gəlib bələdiyyələrə müraciət eləsin. Qadın özü polisə getmir. Bələdiyyələr qadınları dinləyib baş verənləri polisə bildirməli və qadının ailəsi ilə məşğul olmalıdır”.
Ailədaxili münaqişələrin çox vaxt uşaqların yanında baş verdiyini deyən N.Cəfəroğlu bu halların uşaqlara qarşı şiddət olduğunu da vurğuladı:
“Çünki uşaqlar valideynlərinin mübahisə etdiyini, analarının gözü qarşısında döyülüb öldürülməsinin şahidi olurlar. Bütün bunların hamısını cəmiyyətə çatdırmaq lazımdır ki, belə hallara yol verilməsin. Rayonlarda ciddi tədbirlər görülməlidir. Nə qədər təşkilatlar yaradılıb. Ailə, Uşaq və Qadın Komitəsinin bütün rayonlarda nümayəndələri var.
Onlar bu məsələləri açıqlamalıdırlar. Televiziyalarda “Qadın saatı” kimi proqramlar olmalıdır ki, belə mövzular orada müzakirə olunsun. Burada kişiləri nə cür cəzalar gözlədiyi qeyd olunmalıdır. Eyni zamanda onlara çatdırılmalıdır ki, qadına şiddət göstərən kişinin özü və övladları bunun çox böyük əziyyətini çəkir. Kişilərə başa salmaq lazımdır ki, arvadını öldürəndə həbsxanaya girəcək və övladları ortalıqda qalacaq. Məsələlərə bu müstəvidən yanaşmaq vacibdir”.
Hüquq müdafiəçisi cəmiyyətimizdə ailə institutlarının güclənməsinin də vacibliyini diqqətə çatdırdı:
“Ölkəmizdə ailə instituları təkmilləşdirilməlidir ki, xoşagəlməz məqamlar azalsın. Bu mövzu ilə bağlı əlimiz nəyə çatırsa, bütün işləri görməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət