“İdeoloji xəttimizdə ciddi axsamalar var, amma…”
Yusif Nəzərli
14:53 18.05.2022
Cəmiyyət
383
“Artıq milli-mənəvi ideoloji xəttin bünövrəsi qurulur. Bu mənim arzularımdan idi”
“Böyük irəliləyişdir ki, artıq ciddi rəsmi şəxslər bunu dilə gətirir. Deməli, perspektiv yaxşı olacaq”
“Bunu daim yazılarımda da qeyd etmişəm. Milli-mənəvi dəyərləri itirməyə, sındırmağa qoymaq olmaz”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfrans keçirilib. Komitənin sədri Bahar Muradova bildirib ki, "Ailə günü" Azərbaycanda 2007-ci ildən qeyd olunur: "Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir - urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.".
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb: "Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik".
Xatırladaq ki, Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Zahid Orucun təkilifinə tanınmış jurnalist Jalə Mütəllimova münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün milli dəyərlər sisteminə daxil olan ideoloji xəttimizdə ciddi axsamalar var:
“Bunu həmişə Qarabağ probleminin uzun müddət mövcud olması ilə əlaqələndirirəm. Bu problemin mövcudluğu bizi bir çox şeylərdən geri salıb. Ona görə də milli idealogiyamızda axsamalar yaranıb. Bu nöqteyi - nəzərdən düşünürəm ki, çox obyektiv yanaşmadır. Çünki bu, Azərbaycanda ideoloji xəttin tərkib hissəsidir. Diqqət etsək, görərik ki, millətləri və dövlətləri “vurmaq” üçün öncə sütunu oynadılan məqam milli-mənəvi dəyərlərdir. Xüsusən də ailə dəyərləridir. Məsələn, Azərbaycanda ən dəyərli mövhumlardan biri qadındır. Bu gün Azərbaycan qadını ilə bağlı nələr-nələr tirajlayırlar. Cəmiyyətin mənfisi də olur, müsbəti də olur, pis kişi də var, pis qadın da var. Amma qadın ölümlərinin aqressiya ilə ictimailəşməsi, feminizm cəmiyyətinin ildə iki dəfə aktivləşməsi vəs. diqqət yetirsək, fəqinə vararıq ki, bunların hamısı Azərbaycanın milli-mənəvi dəyərlərini zədələməyə hədəflənib. Çünki şəxsiyyəti sınmış, dini dəyərləri olmayan insanlar idarə etmək və hökm etmək çox asandır. Amma bu alt-baza güclü olan dövlətləri bu cəhətdən zəiflətmək qeyri-mümkündür”.
J.Mütəllimova bu təklifi müsbət dəyərləndirib. Onun fikrincə, Zahid Orucun bu məsələni gündəmə gətirməsi ideoloji məsələlərdə də yüksəliş olduğunu göstərir:
“Bu baxımdan təklifi alqışlayıram. Bu yaxşı dəyişiklikdir. Artıq milli-mənəvi ideoloji xəttin bünövrəsi qurulur. Bu mənim arzularımdan idi. Böyük irəliləyişdir ki, artıq ciddi rəsmi şəxslər bunu dilə gətirir. Deməli, perspektiv yaxşı olacaq. Bunu daim yazılarımda da qeyd etmişəm. Milli-mənəvi dəyərləri itirməyə, sındırmağa qoymaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət