İlahiyyatçı: Azərbaycan ənənəvi məzhəblərin bir-biri ilə tolerant yaşayışı barədə nümunədir
11:26 26.05.2025
Cəmiyyət
494
"Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər".
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısının sözlərinə görə, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir.
"Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İlahiyyatçı Fazil Əhmədli “Sherg.az”a bildirib ki, son 15 -20 ildə ölkəmiz müxtəlif multikultural tədbirlərə başçılıq edir:
“Eyni zamanda, tolerantlıq barədə də bizim ölkəmiz başqa ölkələrdən öndədir və bu, beynəlxalq səviyyədə həmişə təqdim olunur. Həmçinin ölkəmiz müxtəlif İslam təşkilatlarının üzvüdür. Bu tədbirlərin keçirilməsi əsasən İslam dinində ənənəvi məzhəblərin tolerantlıq prinsipinə əsaslanır. Ənənəvi məzhəblər tolerantlıq prinsipinə, əsasən çox rahat dialoqlar aparır, müxtəlif problemlərin həllində öz imzalarını atırlar. Amma ənənəvi məzhəblərdən kənar Qərb və müxtəlif institutlar tərəfindən yeni istiqamətlərin, məzhəblər arasında müəyyən ixtilafların yaranmasına səbəb olması, kənardan müxtəlif cərəyanların iğtişaş meylli fəaliyyəti yəqin ki, artıq dövlət rəhbərlərini də narahat edir. Çünki Azərbaycan ənənəvi məzhəblərin bir-biri ilə tolerant yaşayışı barədə bir nümunədir. Amma ənənəvi məzhəblikdən kənar yeni qrupların ölkəyə daxil olması, yeni fikirlərin və düşüncələrin yaranması müxtəlif mübahisələr yaradacaq. Hiss olunur ki, cərəyanların ideoloqları başqa ölkələr tərəfindən yönəldilir. Bu isə ölkədə mövcud olan tolerantlığa bir növ xələldir. İnsanlar tolerant olaraq bir birindən fərqli düşüncədə olsa da, mehribancasına yaşayırlar. Üçüncü tərəfin bura daxil olması və mehribançılıq mühitini mənfiyə doğru istiqamətləndirilməsi narahatedici nüansdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya