Jurnalist təşkilatı sosial şəbəkələrin durumunu müzakirə edib
Turan
13:15 13.01.2020
Cəmiyyət
969
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sosial şəbəkə iştirakçıları mənəvi dəyərlərimizin əsas təbliğatçısı kimi: maarifçilik işinin təbliği” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Bakının Suraxanı rayonunda və Quba şəhərində gənclərin, jurnalistlərin, QHT fəallarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunub. Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Qeyd edib ki, sağlam ənənələr üzərində bərqərar olan dəyərlər sistemimiz xalqımızı ayaqda saxlayan əsas faktorlardan biridir. JAM sədri tədbir iştirakçılarını üzvü olduqları sosial şəbəkələrdə mənəvi dəyərlərimizi təbliğ etməyə səsləyib.”Sosial şəbəkələrin enerji qəbiristanlığına çevrilməsinə imkan vermək olmaz. Bu platformadan xalqımıza xas olan milli-mənəvi dəyərlərin təbliği üçün istifadə etməliyik”- deyə , S.Verdizadə bildirib. ” Türkiyə Universitetləri Məzunları ” İctimai Birliynin sədri Çingiz Bayramov vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin həyatında müsbət rol oynadıqlarını deyib. Ç.Bayramov Azərbaycan xalqı üçün xarakterik olan yaxşı adətləri , müsbət ənənələri qoruyub saxlamağin vacib olduğunu dilə gətirib. TUMİB sədri Azərbaycan həqiqətlərinin beynəlxalq platformalara çatdırılmasında sosial şəbəkələrin əvəzsiz rol oynadığını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə