Jurnalistdən deputata:“Verilən maaşla ərzaq qiymətlərini də müqayisə edin!"
Jurnalistdən deputata:“Verilən maaşla ərzaq qiymətlərini də müqayisə edin!"
Yusif Nəzərli
13:06 13.10.2022
Cəmiyyət
530
"Hörmətli deputat “düz” deyir, amma vacib bir şeyi unudub. Gərək deyərdi ki, əhalinin hər biri hələ hava uda bilirsə, onlar necə yoxsuldur?"
Bu sözləri "Sherg.az"a tanınmış jurnalist Məhəmmədəli Qəribli millət vəkili Tahir Rzayevin “Hamısının evində televizoru, soyuducusu, digər texniki cihazları var. Doğrudan da, əhalinin əksəriyyəti kasıbdırsa, bütün bunlar nə ilə alınır?” iddiasına cavab verərkən deyib.
O bildirib:
"Görürsünüzmü, harın təbəqə Azərbaycan əhalisinə nə gözlə baxır və yaxşı yaşamaq meyarını nələrlə dəyərləndirir?! Görəsən, bu deputat niyə əhaliyə verilən əmək haqqı, pensiyalarla bazardakı ərzaq, dərman qiymətlərini paralel müqayisə etmir?! Camaat acından televizoru, soyuducunu yeyə bilər?! T.Rzayev araşdırsın və görsün ki, evlərdəki məişət əşyalarının neçə faizi nağd pul, neçə faizi isə kreditlə alınıb?! Narahat olmasın, bundan da qazanılanlar büdcə talançılarının özlərinə çatır. Çünki məişət əşyaları yalnız yuxarı təbəqəyə məxsus ticarət şəbəkələrində kreditlə satılır".
Qeyd edək ki, millət vəkili Tahir Rzayev Azərbaycanda əhalinin böyük hissəsinin yoxsul olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. O vurğulayıb ki, hamı çörək tapıb yeyə bilir:
"Yoxsul o adama deyirlər ki, heç nəyi yoxdur, bir özü, bir də paltarıdır. İnsanların bugünkü geyimlərini, həyat şəraitlərini nəzərə alaq. Hamısının evində televizoru, soyuducusu, digər texniki cihazları var. Doğrudan da, əhalinin əksəriyyəti kasıbdırsa, bütün bunlar nə ilə alınır?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat