
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda! - Masada nələr var?
Yusif Nəzərli
14:04 30.08.2022
Cəmiyyət
1493
İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı İranın Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehran səfərini “Sherg.az”a şərh edən millət vəkili Razi Nurullayev bildirib ki, İranla Azərbaycan arasında bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi iki tərəfli münasibətlərin daha da yaxşılaşmasına xidmət edir:
“İranın və Azərbaycanın Baş prokurorları arasında baş tutan görüş cinayətkarlıqla birgə mübarizəyə həsr oluna bilər. Bu barədə yəqin ki, Prokurorluq ətraflı məlumat verəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi heç vaxt rəsmi Tehranın maraqlarına zidd addımlar atmır. Lakin qarşı tərəfdən daim müəyyən addımlar atılır, müxtəlif fikirlər səsləndirilir. Bu baxımdan qarşılıqlı olaraq bu kimi məsələlərin müzakirəsi aparıla bilər. Həmçinin İranla sərhəddən keçərək Azərbaycan ərazisində təxribat törətmək istəyən şəxslər olur. Qanunsuz narkotiklərin dövriyyəsi problemi də mövcuddur. Cinayətkarların İran ərazisində gizlənməsi və ya gizlədilməsi kimi faktlar da var. Təbii ki, bu cür məsələlər də müzakirə predmeti ola bilər. İstənilən halda belə görüşlərin baş tutması Azərbaycan-İran münasibətlərinə töhfə verməklə yanaşı, əlaqələrin normallaşmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm