Kənd təsərrüfatı texnikaları yollara çıxmazdan əvvəl yoxlanmalıdır
Yusif Nəzərli
18:24 17.06.2023
Cəmiyyət
595
Nasaz texnikalarla bağlı sürücülərlə yanaşı texnika sahibi olan fermerlər də məsuliyyət daşıyır
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən “Sherg.az”a verilən məlumata görə, mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin nəzərəçarpacaq dərəcədə canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub:
“Təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə məhsulun daşınması zamanı nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün iş və istirahət rejimini nəzarətdə saxlamaq, habelə sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun “Sherg.az”a açıqlamasına görə, kənd təsərrüfatı texnikalarının ümumi istifadə üçün nəzərdə tutulan avtomobil yollarında hərəkət qaydaları mövcuddur: “Kənd təsərrüfatı məhsullarının daşınması üçün istifadə olunan xüsusi texnikalar, o cümlədən traktor və kombayn kimi aqrar avtomobillərin sürücüləri müəyyən olunmuş hərəkət qaydalarına əməl etməlidir. Baş verəcək hər hansı bir qanun pozuntusunda, nasaz texnikanın yola çıxmasında sürücülərlə yanaşı texnika sahibi olan fermerlər, birləşmiş kənd təsərrüfatları da məsuliyyət daşıyır.
Xüsusən də bölgələrdə yol infrastrukturu bərbad vəziyyətdədir, yolların işıqlandırılması yox səviyyəsindədir. Yol xətləri doğru deyil, çala- çuxurların olması da ağırtonnajlı texnikaların qəza şəraiti yaratmasına səbəb olur. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi öncədən bu cür xəbərdarlıq edir. Xüsusən də yay mövsümündə problem daha da aktuallaşır. Taxıl biçininə görə kombaynların tez-tez yollarda hərəkətini görürük. Əksər sürücülər yük maşınlarını ötüb keçmə qaydalarının necə olduğunu bilmir”.
Problemin həllinə gəldikdə isə ekspert deyib ki, bu cür xəbərdarlıqların olması labüddür. Birdəfəlik həlli yolu olmasa da, nəzarət mexanizminin təkmilləşdirilməsi ilə müsbətə doğru dəyişikliklər olacaq. DYP əməkdaşlarına xüsusi icazə verilməlidir ki, reyd keçirərək kənd təsərrüfatı texnikalarını yollara çıxmazdan əvvəl yoxlasınlar. Yaxud da sahibkarlar, fermerlər özləri tabeliklərində olan texnikanın hansı vəziyyətdə olması ilə bağlı DYP-yə yazılı bildiriş göndərsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə