Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul etdi
Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul etdi
Yusif Nəzərli
09:07 16.06.2023
Cəmiyyət
415
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1milyard 105 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat və ya 9,8 faiz artırılaraq 33 milyard 779 milyon 500 min manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353 milyon 300 min manat məbləğində xərcləri 32 milyard 15 milyon 500 min manat və ya 9,6 faiz artırılaraq 36 milyard 568 milyon 800 min manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579 milyon 300 min manata qarşı 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789 milyon 300 min manat olacaq.
2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789 milyon 300 min manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon 100 min manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923 milyon 400 min manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213 milyon 900 min manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244 milyon 500 min manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4 milyard 943 milyon 600 min manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678 milyon 900 min manat əlavə gəlirlər hesabına 1 milyard 735 milyon 300 min manat profisit yaranacaq.
Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə