Müharibə veteranlarının təqaüdünün məbləği artırıla bilər
09:45 17.11.2023
Cəmiyyət
711
Müharibə veteranlarının təqaüdünün məbləği artırıla bilər.
APA xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Deputat Vahid Əhmədov müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müzakirə aparılıb-aparılmadığı ilə maraqlanıb: “80 manatı artırmaq fikriniz var? Harada görüşdə olsaq, müharibə veteranları bu sualı verirlər. Biz isə suallarımıza cavab tapa bilmirik".
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov isə deyib ki, son dörd il ərzində demək olar ki, hər il aparılan islahatlar çərçivəsində həm minimum əməkhaqqının, həm minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri artırılıb: “Bu məsələlər müntəzəm şəkildə həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyində müzakirə olunur. Hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır. İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə, veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına görə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır. Amma yenə də biz kommunal xərclərlə bunun müqayisəsini əgər aparmaq istəsək, Dövlət Statistika Komitəsinin 2022-ci il statistik məlumatına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib ki, hazırkı təqaüdün məbləği də qeyd edilən xərci 33 faiz üstələyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya