Narınc Rüstəmova: "Polis işçilərinin psixoloqa daha çox ehtiyacı var"
Yusif Nəzərli
12:54 23.04.2022
Cəmiyyət
1980
Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib. Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə ötən gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov nişanlısı Günay Cabbarovanı qısqanclıq zəminində qətlə yetirdikdən sonra özü də intihar edib.
Xatırladaq ki, iki gün öncə də buna bənzər hadisə baş verib. Qusar rayonunun Bədişqala kəndində yaşayan Marat Yüzbəyov ailə münaqişəsi zəminində ikinci həyat yoldaşı Sənubər Yüzbəyovanı evdə bıçaqlayaraq, qətlə yetirib. Daha sonra isə M.Yüzbəyov canına qəsd edib.
Klinik psixoloq, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova "Şərq"ə açıqlamasında bildirib ki, sənətindən asılı olmayaraq, əsas insanın şəxsiyyət tipi, xarakterinə baxmağımız önəmlidir:
"Təbii ki, polis işçiləri peşə etibarilə daha çox şiddət tərkibli, dəhşətverici, ağır hadisə və cinayətlərin şahidi olurlar. Zaman keçdikcə bir çox bu qəbildən hadisələrə daha da soyuqqanlı yanaşırlar və onlar üçün adiləşir. Çünki daim aqressiv, problemli cinayətkarlarla işləyirlər. Bu da asayiş mühafizəçilərinin daha da gərginləşməsinə, neqativ enerji ilə dolmasına, əsəb sisteminin pozulmasına gətirib çıxarır. Hər bir insan ildə iki dəfə psixoloq müayinəsindən keçməlidir. Polis işçilərinə gəldikdə isə onların psixoloq dəstəyinə daha çox ehtiyacı var və bu, zərurətdir. Əks təqdirdə çox hallarda bu cür insanlar konfliktli situasiyalardan çıxış yolunu məhz şiddətə baş vurmaqda görürlər. İnsanın daxili mənfi enerji, aqressiya ilə dolursa, bunu ən sevdiyindən, ən yaxınından çıxarır. Kiçik bir qılığcım böyük hadisələrə səbəb ola bilir. Çünki köz artıq hazırdır".
Psixoloq bunu da əlavə edib ki, həmin insanın kifayət qədər peşman olduğu intihar etməsindən məlumdur:
"Bu da onu göstərir ki, olay anidən baş verib, öncədən planlaşdırılmayıb. Baş verən hadisənin görünən üzü qısqanclıqdır. Amma kökünə varsaq, bəlkə də bu insan tez-tez əsəb partlamaları yaşayan, yolda problemli situasiya olduqda tez özündən çıxıb, söyüş söyən, məşiətdə, cəmiyyət içində dərhal hövsələdən çıxan şəxs olub. Çox güman ki, bu, ailə daxilində olan ilk konflikt, dava-dalaş, şiddət deyil. Xırda məsələlər bugünün, gələcəyinin xəbərçisi olub. Ona görə deyirik ki, problemi gordüyümüz anda mütəxəssis dəstəyi almağımız həyatımız üçün daha düzgün və faydalı addım olar. Təəssüf ki, belə gecikmiş tədbirlər nə qədər qadınlarımızın, qızlarımızın, elə cinsiyyət fərqi olmadan neçə-neçə insanın həyatını söndürür. Ailə psixoterapiyası bunun üçün var. Yetkin insanlara fərdi psixoloji dəstək məhz belə məqamlara şahidlik etməmək üçün vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil