
Nəhayət bu da oldu: “İcarəyə nənə” dövrü başladı!
10:35 09.07.2025
Cəmiyyət
366
Yaponiyada getdikcə dərinləşən iqtisadi böhran və yaşlanan əhali qeyri-adi bir sahənin yaranmasına səbəb olub: icarəyə nənə xidməti.
Sherg.az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, "OK Obaachan" (“OK Nənə”) adlı bu xidmətdə 60 ilə 94 yaş arasındakı qadınlar saatlıq 3 min yen (təxminən 18 dollar) qarşılığında xidmət göstərirlər.
Çoxsaylı funksiyaları var
Yapon mediasına əsasən, bu nənələr yemək bişirməyi öyrətməkdən tutmuş, sevgi münasibətləri barədə məsləhətlər verməyə, uşaq baxıcılığı və ailədaxili vasitəçilik kimi müxtəlif funksiyaları yerinə yetirirlər.
Gəlir ehtiyacına çarə
2011-ci ildə yalnız qadınlara məxsus bir şirkət tərəfindən başlanan bu xidmət hazırda 100-ə yaxın nənəni aktiv şəkildə işlə təmin edir. Bu həm yaşlı qadınlara sosial fəaliyyət imkanı yaradır, həm də onların maddi ehtiyaclarına müəyyən qədər cavab verir. Nənələrə nəqliyyat xərcləri üçün əlavə olaraq 3 min yen də ödənilir.
Arxasında acı reallıq var: Əhali sürətlə yaşlanır
Lakin bu xidmətin yaranmasının arxasında ürəkaçan səbəblər yoxdur. Yaponiyada əhali sürətlə yaşlanır — 65 yaşdan yuxarı insanların sayı 36 milyonu keçib və bu, ölkə əhalisinin təxminən üçdə biri deməkdir. Doğum səviyyəsi isə tarixdə ən aşağı həddədir. Maaşlar artmır, inflyasiya isə hər keçən gün alıcılıq qabiliyyətini azaldır.

Zövq üçün deyil, məcburiyyət üçün işləyirlər
2025-ci ilin may ayında ölkədə real maaşlar 2,9% azalıb, inflyasiya isə 3,7%-ə çatıb. Artan yaşam xərcləri səbəbilə yaşlılar işləməyə məcbur qalır. Rəsmi məlumatlara görə, Yaponiyada yaşlıların dörddə biri hələ də işləyir. Onların çoxu bu işi zövq üçün deyil, gəlirə ehtiyac duyduqları üçün edir.
Həbsxana çıxış yolu kimi görülür
Vəziyyət o qədər pisləşib ki, bəzi yaşlılar yaşamaq üçün həbsxananı çıxış yolu kimi görməyə başlayıb. Yaxınlarda 81 yaşlı bir qadın yalnız yemək və tibbi xidmət ala bilmək üçün marketdən ərzaq oğurladığını etiraf edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə