"Nəinki 50, 100 manat da cərimələnməlidir"
Yusif Nəzərli
10:05 19.06.2023
Cəmiyyət
553
"Qanunvericilikdə sürücülərin cərimələnməsi məsələsi öz əksini tapıb. Birmənalı şəkildə piyada keçiddə hərəkətdə olduğu halda sürücü yol verməsə, bu, qanun pozuntusu sayılır".
Bunu "Sherg.az"a nəqliyyat eksperti İlqar Hüseynli sürücülərin 50 manat cərimələnməsindən danışarkən deyib. O vurğulayıb ki, cərimə 50 manat müəyyənləşdirilib:
"Bəzi hallarda piyadanın da sürücüyə problem yaratdığı məqamlara şahid oluruq. Dəfələrlə müşahidə etmişəm, piyada anidən qaçaraq, yola çıxır. Piyadalar üçün nəzərdə tutulan yol ötürücüsünü keçirlər. Bəzən sürücü uzaq məsafədən piyadanın yol ötürücüsünün kənarında dayandığını müşahidə edir. Nəqliyyat vasitəsi keçidə yaxınlaşanda piyada hərəkətə başlayır. Bu tipli durumlarda Dövlət Yol Polisi (DYP) əməkdaşları protokol tərtib edərkən ədalətli, prinsipial yanaşma ortaya qoymalıdır. Sürət aşağı olanda qəza vəziyyətini əngəlləmək mümkündür. Amma şəhərin daxilində saatda 60 km sürət həddi müəyyənləşdirilib. Bir neçə piyada zolağı (zebra) quraşdırılıb. Belə hal olanda sürət həddini birdən-birə endirib, qəza vəziyyəti yaratmaq da sürücülər üçün təhlükəlidir. Ona görə də piyadalar da son dərəcədə diqqətli davranmalıdırlar. Piyadalar da piyada keçidində hazırlıq mərhələsini elə nizamlamalıdırlar ki, sürücü onu əvvəlcədən müəyyənləşdirə bilsin. Sürücülərlə piyadalar arasında qarşılıqlı dəyər və sayğı olmalıdır. Piyada da sürücünü uzun müddət keçiddə saxlamamağa çalışmalıdır. Bəzən piyadalar yol keçərkən telefonla danışır. Hətta hərəkət üstünlüyü olduğunu bildikləri üçün ayaq saxlayıb, telefona cavab da verməyə vaxt ayırırlar. Sürücünün mənafeləri, rolları, imtiyazları nəzərə alınmalıdır. Ümumilikdə isə hərəkətdə olan piyadalara yol vermək sürücülərin borcudur. Sürücü qəza şəraiti yaradırsa, nəinki 50, 100 manat da cərimələnməlidir".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyən sürücülər 50 manat miqdarında cərimə edilirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya