Ölkəmizdə talassemiya geni daşıyıcıları kifayət qədər çoxdur - Professor
Fidan Həmişəyeva
12:26 04.09.2019
Cəmiyyət
687
2015-ci il iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılması tətbiq edilir. Həmin ildən bu günə kimi evlənmək istəyən 20 548 nəfərdə talassemiya daşıyıcılığı, 1866 nəfərdə sifilis xəstəliyi, 542 nəfərdə İİV/QİÇS, aşkar edilib.
Bu ilin yanvar-avqust ayları ərzində isə 92 340 nəfər qan müayinəsinə cəlb olunub. Onların 2313 nəfərində talassemiya daşıyıcılığı, 94 nəfərində İİV/QICS, 142 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.
Təbii ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirlməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır.
Nikahdan öncə müayinələrin keçirilməsinin faydalı olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a söyləyib ki, buna baxmayaraq həmin müayinələr yetərli deyil.
Professorun fikrincə, əhalinin sağlamlığı üçün müəyyən proqramların hazırlanmasına ehtiyac var:
“Düşünürəm ki, ölkəmizdə insanların sağlamlığını qorumasında xeyli problemlər var. Bu gün Azərbaycan səhiyyəsi ya keçmiş sovet, ya da qərb səhiyyəsi deyil. Məsələn, talassemiya xəstəliyi ilə bağlı talassemiya mərkəzi açıldı və müəyyən işlər görüldü. Amma yaxşı olardı ki, insanların bir qisminin yoxlanışı keçirilərdi, onların içərisində virus hepattiti, HİV və talassemiya daşıyıcıları aşkar olunardı. Bölgə və kəndlərdə boş-boş labaratoriyalar, müxtəlif diaqnostik mərkəzləri tikdirincə, bu müayinələr ciddi və ətraflı aparılmalı idi. Hansı ki, tikilən həmin mərkəzlərin çoxu heç normal işləmir”.
A.Qeybulla qeyd edib ki, xəstəliklər, təsadüfən, hansısa müayinə və əməliyyatlarda, həmçinin nikah müayinələrində ortaya çıxır:
“Amma aşkar olunan hər bir situasiya fərqli dəyərləndirilməlidir. Ölkəmizdə talassemiya geni daşıyıcıları kifayət qədər çoxdur. Bu əslində Aralıq Dənizi sahillərində geniş yayılmış bir patalogiyadır. Həmçinin ölkəmizdə də var. Bu patalogiyanın artmaması və gələcək nəsillərə daşınmaması üçün proqramlar düşünməliyik. Genefondun sağlamlığı üçün ciddi tədbirlər görmək lazımdır. Bu, ən vacib məsələdir. İstənilən dövlətin əsas funskiyalarından biri məhz bundan ibarət olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat