"Övladlığa uşaq götürmə sadələşməlidir"
Yusif Nəzərli
08:05 30.08.2022
Cəmiyyət
1260
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.
Nazirlikdən bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyəti monitorinq edilib.
1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib. Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Sosioloq Lalə Mehralı hesabatda göstərilən rəqəmlərə münasibət bildirib. O, “Sherg.az"a açıqlaması zamanı bildirib ki, göstəricilər vəziyyətin yaxşı olduğundan xəbər verir: “Amma övladlığagötürmə prosedurları daha da asanlaşdırılmalıdır. Çünki bu məsələdə iş asan olanda insanların aktivliyi də artır. Övladlığa uşaq götürmək istəyən şəxslər çoxdur. Lakin bu prosesin çətinliyi onları həvəsdən salır. Həmin insanlar zatən yorulmuş durumdadırlar. İllərdir övlad sahibi olmanın xəyalını qururlar. Son çarə olaraq övladlığa uşaq götürmək istəyirlər. Amma bu çox əngəlli bir məsələdir. Hətta buna bir neçə il sərf etmək lazım gəlir. Kriteriyaların bəziləri mənasızdır. Dövlətin bu addımları uşaqların təhlükəsizliyinin təminatı üçün atdığını bilirik. Qurum istəyir ki, yalnız əzmi və iradəsi olanlar övlad sahibi olsunlar. Lakin bəzi qaydaların insanların həvəsini, əzmini qıra biləcəyini də nəzərə almaq lazımdır. Ona görə tələblər nisbətən də sadələşdirilə bilər.
L.Mehralının qənaətincə, artıq yaşlı nəsil də övladgötürmə prosesinə isti münasibət bəsləyir: “Öncələr gənc ailələr dövlət müəssisələrindən övlad götürmək istəyən zaman ailə böyükləri buna razı olmurdu. Amma artıq onların da düşüncələri dəyişib və gəncləri dəstəkləyirlər. Fəqət proses bu qədər uzun və yorucu olanda onlar da fikirlərindən daşınırlar. Hesab edirəm ki, uşaqların təminatını maksimum həddə saxlamaq şərti ilə tələbləri yüngülləşdirmək lazımdır”.
Qeyd edək ki, ötən il Azərbaycanda 114 uşaq övladlığa verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd edilib. Hesabata əsasən, övladlığa verilən uşaqların sayı 36 nəfər artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm