
“Övladlığa uşaq verilən şəxsin həyat tərzi araşdırılmalıdır”
Yusif Nəzərli
13:46 20.05.2022
Cəmiyyət
423
2022-ci ilin ötən dövründə 51-i oğlan, 41-i isə qız olan 92 uşaq övladlığa götürülüb. Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 58-i 0-3 yaş, 26-sı 4-11 yaş, 8-i 12-18 yaş aralığındadır. Məlumata görə, övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib. Uşaqlar övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarət həyata keçirilir. Övladlığa götürülən uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu ilin ötən dövründə sosial xidmət müəssisələrindən 42 uşaq da öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 15-i qız, 27-si oğlandır. Ailəsinə qaytarılmış uşaqlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Reinteqrasiya edilmiş uşaqların 3-ü 0-3 yaş, 8-i 4-6 yaş, 16-sı 7-12 yaş, 15-i 13-18 yaş aralığındadır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə övladlığa götürülən uşaqlar haqqında “Sherg.az”a danışıb. O, bildirib ki, övladlığa verilən uşaqların sayı kifayət qədərdir:
“Düşünürəm ki, bu gün biz övladlığa verilmə məsələsində diqqəti kiçik yaşlı uşaqların deyil, böyük yaşlı uşaqların üzərində qabartmalıyıq. Uşaq evlərində yaşlanacağını gözləyən uşaqlara diqqəti daha çox ayırmalıyıq ki, onlar da övladlığa götürülsün. Bilirəm ki, insanlar üçün şərtlər ağırdır. Övlad götürmək istəyənlər mənə müraciət edirlər ki, bankda vəsait qoyulma tələb edilir və.s. Amma düşünürəm ki, bir uşağın taleyi və gələcək mənafeyinə görə şərtlər elə də ağır deyil. Sadəcə bunun üçün müəyyən monitorinqlər keçirilir. Övladlığa uşaq verilən şəxsin bütün məlumatları, həyat tərzi tam araşdırılmalıdır. Bunların hər biri uşağa təsir edəcək məqamlardır”.
K.Ağazadə övladlığa verilmiş uşaqların sonrakı taleyi haqqında da danışıb:
“Övladlığa verilmiş uşaqların sonradan Sosial Xidmətlər Agentliyi yanında Övladlığa götürmə departamenti tərəfindən davamlı olaraq monitorinqi aparılır. Səhv etmirəmsə, bu proses 3 il müddətində davam edir. Sonra isə bu dayandırıla bilər”- deyə o, bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya