
Pedofillərin sayı artır - Valideynlərin nəzərinə!
Yusif Nəzərli
13:18 19.06.2023
Cəmiyyət
489
"Pedofiliya psixi pozuntudur. Özündən yaşca kiçik, kəskin yaş fərqi olan insanlara qarşı cinsi meyildir".
Bunu "Sherg.az"a psixoloq Elnur Rüstəmov Bakıda pedofilin uşağı qorxutduğu iddiası ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, adıçəkilən xəstəlikdən əziyyət çəkən insanlar getdikcə artır:
"Lakin hazırda həmin şəxslərin statistikasını aparmaq bir qədər çətindir. Çünki cəmiyyətdə sözügedən insanların bir qismi mövcud problemdən əziyyət çəkdiklərinin fərqində deyil, digər hissəsi isə bunu gizlədir. Maarifləndirmə işləri aparmaq görəcəyimiz əsas tədbirlərdəndir. Nəticədə insanlar artıq məlumatlı olacaqlar. Ancaq maarifləndirmə işinin düzgün aparılması da önəmli nüansdır. Pedofiliyaya düçar olan adamı valideynləri, yaxınları, doğmaları müşahidə edə bilər. Dərhal bu cür insanların reabilitasiyası üçün tədbirlər həyata keçirilməlidir. Həmin şəxsin and içməsi, bir daha etməyəcəyi barədə söz verməsi ilə məsələyə yanaşmaq yalnız laqeydlik sayılar. Çünki bir insanın həyatından söhbət gedir. Ona görə də vaxtında aşkarlanmalıdır".

Mütəxəssis diqqətə çatdırıb ki, insan özündə belə bir hal müşahidə edərsə, mütləq şəkildə psixoloji dəstək almalıdır:
"Belə durumlarda qanunvericiliyə uyğun şəkildə sərt tədbirlər görülür. Bu da faydalıdır. Hüquqi cəhətdən addımların atılması pedofillərin bu işdən müəyyən qədər çəkinməsinə rəvac verə bilər. Bütün hallarda valideynlər diqqətli olmalıdırlar. Övladları ilə profilaktik söhbətlər aparmalıdırlar. Ətrafda pedofiliyadan əziyyət çəkən insanlar gördükdə onu reabilitasiyaya, müalicə almasına təşviq etməlidirlər. Bu gün psixoloji problemdən əziyyət çəkən insanların artmasını texnologiya əsri, internet resurslarının çoxalması, pornoqrafiyanın hansısa formada yayılması ilə əlaqələndirirlər. Bu da doğru təsbitdir. Valideynlərin üzərinə daha çox yük düşür. Uşaqlar yeni dövrün tələblərinə uyğun böyüdülməlidirlər".
Qeyd edək ki, Bakıda pedofilin uşağı qorxutduğu iddia edilir. Şikayətçi Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin sakinidir. Qəsəbə sakini bildirib ki, pedofil onun qızını qorxudub. Həmin görüntülər nəzarət kamerasında öz əksini tapıb. Videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxmuş uşağın cəld ondan qaçdığı açıq-aydın görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya