
Psixoloq: İnsanlarda artıq özünütənqid hissi yoxa çıxıb
11:05 06.09.2024
Cəmiyyət
790
Son günlər ictimai yerlərdə qeyri-etik hərəkət edən şəxslərin sayı artıb. Qeyd edilən situasiya ilə bağlı bir neçə video yayılıb. Artıq cəmiyyətdə bununla bağlı ciddi narahatlıq formalaşıb.
Bəs görəsən, bu tendensiya nədən qaynaqlanır? Sözügedən davranış formasının yaranmasına səbəb olan amillər nələrdir?
Mövzu ilə bağlı danışan psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, son zamanlar qeyri-etik hərəkət edən insanları bir çox yerlərdə görürük:

''İnsanlarda artıq özünütənqid hissi yoxa çıxıb. Ötən gün bir hadisə ilə qarşılaşdım. Beləki ata iki oğluyla yemək yedikdən sonra, restorandan qaçdı. Həmin hadisənin görüntülərini də obyekt sahibi yaydı. Əslində çoxları videonu yayan şəxsi qınadılar. Ancaq həmin hadisədə olan atanı qınamalıyıq ki, pulu olmadığı təqdirdə uşaqlarını restorana niyə gətirir? Bununla ata uşaqlarına pis örnək olur. Əgər bir insan ictimai yerlərdə qeyri-etik hərəkətlər edirsə, onun hansı travması olduğunu yoxlamaq lazımdır. Yəni, bu cür insanlarda birmənalı şəkildə psixoloji probemlər var. Həmçinin, davranışları onun özünütənqidinin sıfıra bərabər olmasından xəbər verir. Son vaxtlar uşaqlara qarşı zorakılıqların sayı da artıb. Bu da bir tərəfdən bizi övladlarımıza qarşı diqqətli olmağa səsləyir. Bəziləri qeyri-etik hərəkət edənləri şikayyət etməyə utanır. Ancaq bu halda utanmağa heç bir ehtiyac yoxdur. Belə vəziyyətlərlə qarşılaşanlar hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Əks halda belə hadisələrin sayı durmadan artacaq. Unutmamalıyıq ki, yalnız qorxunun olduğu yerdə qayda-qanun formalaşır. Belə insanlara cəza verməklə kifayətlənmək olmaz. Onlar Psixi Sağlamlıq Mərkəzinə yönləndirilməlidir. Bundan sonra problemi aradan qaldırmaq mümkün olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya