
Psixoloqdan SOS: “Yeniyetmələrə 2-3 qat nəzarət olunmalıdır”
Yusif Nəzərli
17:46 06.04.2023
Cəmiyyət
541
Salyan rayonunda 8-ci sinif şagirdi Niyaməddin Cavadzədənin intiharı sosial şəbəkələrdə müzakirə yaradıb. Cana qəsd hallarının yaşının bu qədər azalması təşvişlə qarşılanıb.

Məsələylə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, bu hadisənin regionda baş verməsi təəssüf doğurur:
“Çünki orada uşaqların asudə saatlarını dəyərləndirmək üçün hansısa bir işə cəlb olunması daha realdır. Deməli, vəziyyət belə deyilmiş. İntihar hər dönəmdə müşahidə olunan prosedir. Bu, haradasa insanın razılaşmadığı mövzuya etiraz etmək şəkildir. Din cəhətdən bunu belə izah edirlər ki, intihar geri dönüşü olmayan yeganə günahlardandır.
Biz də bilirik ki, intiharın heç bir geri dönüşü olmayan bir yanlışdır. Öz həyatının gedişatını dəyişirsən, səni həmin an sıxan problemlərdən qurtulmursan, sadəcə məkan dəyişirsən. İntiharların qarşısını almaq üçün məktəb yaşlarından uşaqlarda yüksək iradə formalaşdırmalıyıq.
Hansı ki, onlar həyatda hər cür situasiya ilə qarşılaşa biləcəklərini və maksimum sona qədər səy göstərmələri lazım olduğunu anlamalıdırlar. Uşaqların sosial inkişafı üçün şəraitin olmaması, onların yaşlarına uyğun fəaliyyətlərlə məşğul olmaması bu cür hallara gətirib çıxara bilir.
Ailədaxili münaqişələrin uşaqlara təsirinin nəticəsi də sayıla bilər. Təəssüf doğuran odur ki, müəyyən yaşa gəlmiş uşaq hansısa bir problemə görə bu addımı atır. Övladlarımız bizdən o qədər uzaqdır, daxili narahatlıqlarını bölüşə, dərdləşə bilmirlər. İstər regionlarda, istərsə də mərkəzdə ailələrin həm maddi, durumu, həm də dünya görüşü icazə vermir ki, uşaqları mütəmadi psixoloqa gətirsinlər. Valideynlər bu məqamda özlərini sorğu-sual etməlidirlər ki, uşaqlar onlarla danışsın, məsləhətləşsin. Bu intiharın səbəbi bəlli olmasa da, yeniyetməlik dövründə 2-3 qat nəzarət olmalıdır.
Bu dövrdə pedaqoji-psixoloji nəzarət lazımdır, böyüklərin gəncləri anlayacaq tərzdə yaxınlaşması mütləqdir. Nəzər almalıyıq ki, bu bir dövrdür, gənclərin onları kimsənin anlamadığını düşünməsi həqiqəti əks etdirməyə bilər. Biz onları anlamalı, başa düşdüyümüzü deməliyik. Əlavə məsuliyyətlərlə yükləməməliyik. Onlara imtahanlar, duyğusal məsələlər onları psixoloji gərginliyə apara bilər. İntihar üçün vahid səbəbin olması mütləq deyil. Ola biləcək bütün səbəblərin toplanması da bu yola gətirib çıxara bilər. İnsan intiharla bağlı nələrisə dilə gətirirsə, bunu mütləq nəzərə almaq lazımdır. Onunla intiharla bağlı mövzuda söhbət aparılmalıdır. Bir az diqqətli olaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya