Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb
Yusif Nəzərli
05:40 22.04.2022
Cəmiyyət
755
Çingiz Qənizadə: "Bunu ayrıseçkilik, qadınların hüquqlarının pozulması kimi dəyərləndirmək doğru deyil"
"Görünür, böyük əksəriyyəti oğlanlardan ibarət olan akademiyada oxumaq istəyən xanımlarımızın sayı az olduğu üçün belə bir addım atılıb"
Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb.
Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb və daha qadınların polis sıralarına qoşula bilməyəcəyi kimi dəyərləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov isə mətbuata açıqlamasında bildirib ki, qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər. Hazırda daxili işlər orqanlarında qadın əməkdaşların kişilərlə birlikdə çiyin-çiyinə xidmət apardıqlarına diqqət çəkən qurum nümayəndəsi məsələyə belə aydınlıq gətirib: ”Polis Akademiyasına il ərzində təxminən 200 nəfər kursant qəbul olur. Onlar arasında qadın vətəndaşların sayı az, yəni 2-3 nəfər olur. Ümumilikdə həm orada fiziki hazırlığın ağır olmasına, həm xüsusi təyinatlı təhsil müəssisəsi olduğundan müvafiq hesab edilmir. Bundan başqa, qadın vətəndaşlarımızın polis orqanlarına xidmətə qəbulu müsabiqə yoluyla həyata keçirilir. Həmin müsabiqədə də müxtəlif ixtisaslar üzrə vakansiyalar elan olunub. Yəni hüquq ixtisası ilə yanaşı, digər ixtisasları da bitirən qadın vətəndaşlarımız polis orqanlarına qəbul ola bilirlər”.
Belə məhdudiyyətin qoyulması zərurəti nədən yaranıb? Mövcud mentalitet qadınların oğlanlarla bir yerdə təhsil almasına əngəl yaradır, yoxsa akademiyanın yetişdirdiyi polis qadınlar özlərini doğrultmadı?
Sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin “Şərq”ə açıqlamasına görə, qadınların Polis Akademiyasına qəbulunun dayandırılmasını ayrıseçkilik, qadınların hüquqlarının pozulması kimi dəyərləndirmək doğru deyil:
“Bu gün Azərbaycan Polisi sıralarında xidmət edən kifayət qədər xanım polislərimiz var. Görünür, böyük əksəriyyəti oğlanlardan ibarət olan akademiyada oxumaq istəyən xanımlarımızın sayı az olduğu üçün belə bir addım atılıb. 99 faizi oğlanlardan ibarət olan təhsil ocağına sənəd verib qəbul olan az sayda xanım kursant üçün ayrıca yataqxana və digər xidmət sahələri olmalıdır. Görünür, bu baxımdan məqsədəuyğun hesab edilməyib. Eyni zamanda milli mentalitet məsələsinin də burada böyük rol oynadığını düşünürəm. Qapalı və hərbiləşdirilmiş bir təhsil ocağında qadınların oğlanlarla bir yerdə təhsil alması zaman-zaman mübahisələrə yol açıb. Bəzi valideynlər qızlarının polis akademiyasında oxumasına icazə vermirlər.
Əgər DİN qadınların polis orqanlarında xidmət etməsinə hansısa məhdudiyyət qoysaydı, biz bunu onların hüquqlarının pozulması kimi dəyərləndirə bilərdik. Polis olmaq istəyən xanımların akamediyada oxuması şərt deyil. İstənilən yerli ali məktəbin hüquq fakültəsinə qəbul olaraq bu arzularını gerçəkləşdirə bilərlər “.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil