Qala qəsəbəsində valideynlərin gözləntiləri puç oldu
01:09 05.08.2025
Cəmiyyət
433
Uşaq bağçalarında məktəbəhazırlıq qrupları uşaqların sayına görə təşkil olunur
“Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 63 saylı uşaq bağçasında məktəbəhazırlıq qrupu bağlanıb, uşaqlar tədrisdən kənarlaşdırılır”. Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Güleyşə Muxtarova müraciət edib. Onun sözlərinə görə, bağçada fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müdirin istəyinə əsasən bağlanıb:
“Bağçaya yeni təyin olunan müdir Hacıyeva Turan heç bir xəbərdarlıq etmədən qrupun bağlanmasına qərar verib. Dövlət bağçasında bu qərar necə verilə bilər?! Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib. Məcbur edir ki, avqustun 30-dan sonra çıxmalısınız. Maddi imkanım olmadığı üçün nəvələrim Uğur və Cahan Muxtarovları özəl bağçaya qoya bilməyəcəyəm. Onlar əkiz kimidirlər, ayıra bilmərəm”.
G.Muxtarova bildirib ki, bağça müdiri ona bu qərarı valideynlərin istəyinə əsasən verdiyini deyib: “Guya ki, valideynlər bağça rəhbərliyinə söyləyib ki, qrup bağlansın, bu, çox absurddur. Sadəcə, bir bəhanədir. Elə 5-6 valideyn bu vəziyyətdən şikayətçidir. Hamımız istəyirik ki, uşaqların təhsili üçün imkan yaradılsın, çünki biz bu bağçanın şəraitindən razıyıq, ancaq hazırkı durum bizə çətinlik yaradır. Aidiyyəti qurumlara müraciət edəcəyik”. Məsələni aydınlaşdırmaq üçün 63 saylı bağçaya sorğu ünvanlanıb. Bildirilib ki, Bakı şəhəri 63 nömrəli uşaq bağçasında 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyib: “Səbəb bağçada məktəbəhazırlıq qrupuna uyğun sayda uşaqların yığılmamasıdır. 2025-2026-cı tədris ili üçün aparılan proqnozlaşdırma dövründə 63 nömrəli bağçada məktəbəhazırlıq qrupuna müraciət sayının az olduğunu nəzərə alaraq məktəbəhazırlıq qrupunun açılması məqsədəmüvafiq hesab edilməyib. Bağçada məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməyəcəyi ilə bağlı valideynlərə öncədən məlumat verilib. Müraciət edən şəxsin nəvələri ilə bağlı onu da bildirək ki, uşaqlardan biri məktəbəhazırlıq yaşında olduğu üçün avqustun 31-nə kimi bağçada təlimə davam edəcək. Həmçinin valideyn məktəbəhazırlıq qrupu fəaliyyət göstərən digər bağçalara övladını yerdəyişmə edə bilər. Ailənin digər övladı isə bağçada yaşına uyğun qrupda təlim-tərbiyəsinə davam edir”.
Sherg.az problemi araşdırdıqda məlum oldu ki, uşaq bağçalarında məktəbəhazırlıq qrupları uşaqların sayına görə təşkil olunur. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur ki, uşaqların say həddi qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq olmalıdır. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına isə yol verilmir. Görünür, Qala qəsəbəsindəki 63 saylı uşaq bağçasında uşaqların sayı məktəbəhazırlıq qrupunun təşkilinə əsas vermir. Məlumatda qeyd olunur ki, məktəbəhazırlıq qruplarına Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır. Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar. O da qeyd edilir ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir. Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün də 1-ci sinfə qəbulda heç bir məhdudiyyət yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm
İranda yanvar etirazları ilə bağlı daha iki nəfər edam edilib
13:54 28.07.2026
Dünya