Qarabağ əlilinin evini sökdülər: "3 xəstə uşaqla küçəyə atılırıq" - FOTOLAR
Turan
09:16 04.12.2019
Cəmiyyət
676
Ucar rayon sakini Həsənova Nüybar Həsən qızı redaksiyamıza gələrək Bakıdakı evinin qanunsuz olaraq sökülməsindən şikayət edib. Hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 29-da yaşayan şikayətçi iddia edib ki, SOCAR-ın işçiləri heç bir əsas və məhkəmə qərarı olmadan onun evini bir neçə dəfə dağıdıblar. Nüybar Həsənovanın sözlərinə görə, söküntünün səbəbi yaşadığı evin kupçasız olması ilə bağlıdır. Halbuki N.Həsənova həmin ərazidə kifayət qədər sənədsiz evlərin olduğunu vurğulayıb:
"Dörd övladım var, iki uşağım 1-ci qrup əlildir. Üçüncü uşağım isə ağır talasemiya xəstəsidir. Talasemiya Mərkəzində tez-tez qan vurdururam. Yoldaşım isə Qarabağ əlilidir, Vətənin müdafiəsi uğrunda sağlamlığını itirib. Hazırda ailə vəziyyətim, dolanışığım çox ağırdır, dözülməzdir.
8 il çiynimdə zənbil qapı-qapı gəzərək ticarətlə məşğul olmuşam, boğazımdan kəsib yığdığım pulla 2015-ci ildə Bakıda kiçik torpaq sahəsi olan bir ev almışam. Yaşadığım müddət ərzində evin bütün kommunal xərclərini ödəmişəm. Bələdiyyə də hər ay məndən topraq vergisi alıb. Evimin sağ-solu, ətrafı bahalı evlər, çoxmərtəbəli villalardır. Yəni ora əməlli-başlı yaşayış məntəqəsidir. Həmin ərazidə neftə, buruğa aid olan heçnə yoxdur. Hələ yan-yörədə yeni tikililər də var”.
Şikayətçi yaşadığı evin ilk dəfə ötən il söküldüyün deyib:
"2018-ci ilin yanvar ayında xəstəxanada olarkən məndən xəbərsiz evimi söküblər. Əşyalarla bir yerdə bulduzerin qabağına verib dağıdıblar. Yaxşı ki, o vaxt video çəkiliş aparmışıq, görüntülər əlimizdədir. Evimi belə görəndən sonra idarəyə getdim və irad bildirdim ki, hansı ixtiyarla, məhkəmə qərarı olmadan evimi dağıtmısız?! Hətta məhkəmə qərarı olsa belə sökməyə haqları yoxdur. Çünki söküntünü məhkəmənin icraçıları həyata keçirir, neft-qaz idarəsinin işçiləri yox. Evimi sökən SOCAR işçilərinə deyirəm ki, "niyə təkcə mənim evimi sökürsüz?
Axı ətrafdakı evlərin heç birinin sənədi yoxdur. Onlar da bu ərazidə villalar tikiblər”. Mənə deyirlər ki, "onlar pul veriblər, sən də pulunu ver, evini tik. Əks halda səni burada yaşamağa qoymayacağıq”. Bir dəfə evimi yandırıblar. Sonra məndən bir miqdar pul alıblar və yalandan söz veriblər ki, bundan sonra heçnə etməyəcəyik. Ancaq sonra gəlib evin arxa divarını söküblər. Minbir əzab-əziyyətlə aldığım evi hansı əsasla sökürlər?! Hamı çox yaxşı bilir ki, Bakıdakı evlərin əksəriyyətinin sənədi yoxdur. Kupça düzəltməyə pulum hardadır?! Məqsəd odur ki, bu ərazini məndən alıb başqasına 30 minə satsınlar”.
N.Həsənova daha sonra sökülmüş yararsız daşlarla özünə təkqatlı, kiçik otaqlı, darısqal mətbəxli ev tikdirdiyini söyləyib:
"Özümüzə yarımçıq şərait qurduq ki, havalar soyuqdu, uşaqlar körpədi, xəstədi, heç olmasa qışı keçirək. İmkan vermirlər, bu ilin mart ayında yenə sökmək istədilər, səhhətim pisləşdi, günlərlə özümə gələ bilmədim. Mənə deyirlər ki, "tez ol,buradan get”. Axı hara gedim, necə gedim? Pulum olsa bu zülmü çəkmərəm ki. Vallah, evdən çıxmağa qorxuram, harasa gedən kimi lomu götürüb gəlirlər evi sökməyə.
Dövlət başçısı İlham Əliyevə, birinci-vitse prezident Mehriban xanım Əliyevaya, SOCAR-ın rəhbərliyinə müraciət edirəm. Xahiş edirəm, bu problemi həll etsinlər, imkan yaratsınlar ki, xəstə həyat yoldaşımla, uşaqlarımla o kiçik torpaqda yaşaya bilək. Başqa heç nə istəmirik, güclə özümüzü dolandırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm
Ərdoğan: Suriyada sülh və sabitliyin yol xəritəsi müəyyən edilib
13:55 11.02.2026
Gündəm