"Quru sərhəddən daxil olan TIR -ların həcmi 2 dəfəyə yaxın artıb"
Yusif Nəzərli
09:55 08.04.2023
Cəmiyyət
793
Regiondakı geosiyasi proseslər, yük daşımalarının artırılması istiqamətində görülmüş işlər nəticəsində 2022-ci ildə Azərbaycan üzərindən beynəlxalq daşımaların - quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb.
Bunu “Report”a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, daşımalar artdıqca icazələrə tələb də artır.
"Hazırda icazələrin verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq elektron xidmətin istifadəyə verilməsi istiqamətində işlər aparılır. Nazirlik iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazənin verilməsi zamanı işlərin sistemləşdirilərək operativliyin artırılmasını, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılmasını, prosesin elektron qaydada göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının da qoşulduğu elektron portalın hazırlanmasını nəzərdə tutur. Müvafiq portal istifadəyə verildikdən sonra ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi xidməti tam elektron qaydada göstəriləcək.
Bununla yanaşı, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiq edilməsi, bu sahədə tələblərin pozulmasına görə inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə əlaqədar prezidentin sərəncamı mövcuddur. Müvafiq tələbləri pozan, hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzi və çiplərin) ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısı, quraşdırılma müddətləri və mərhələləri təsdiq edilib. Quraşdırılmaların bu ay başlanılması planlaşdırılır", - deyə nazir müavini qeyd edib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə