Rafael Cəbrayılovun qardaşı təcridxanadan çıxarıldı
Yusif Nəzərli
08:01 31.08.2022
Cəmiyyət
377
Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılov azadlığa buraxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, cinayət əməlinə görə bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilmiş Elşən Cəbrayılov zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib.
İstintaq orqanı buna görə təqsirləndirilən şəxsin həbsinin davam etməsi ilə bağlı məhkəməyə təqdimat verməyib.
Elşən Cəbrayılov təcridxanadan birbaşa azadlığa buraxılıb. Mənbə Elşən Cəbrayılov barəsində cinayət işinə prokurorluq tərəfindən xitam verildiyini də qeyd edib.
Onu da qeyd edək ki, Elşən Cəbrayılovun qardaşı Rafael Cəbrayılovun işi ilə bağlı da cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Rafael Cəbrayılovun hüquqi varisi olan həyat yoldaşı və iş üzrə zərərçəkmiş şəxslər bununla bağlı məhkəməyə müraciət ediblər.
Nərimanov Rayon Məhkəməsi isə şikayəti əsassız hesab edərək rədd edib.
Xatırladaq ki, Elşən Cəbrayılov Nərimanov Rayon Polis İdarəsi tərəfindən həbs olunmuşdu.
Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.
Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm