Şagirdin ailə saxlamaq dərdini normallaşdırmayaq - Ciddi siqnallar var!
Yusif Nəzərli
18:40 17.06.2023
Cəmiyyət
471
“15 yaşından ailə saxlamaq üçün çiyinlərinə ağır yükü götürən uşağın işləməsini bu qədər təbliğ edib normallaşdırmamalıyıq”
Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu. “Xezerxeber.az" iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsal ilə söhbətləşib. Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır, son dəfə 9-cu sinfədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.
Vüsal deyir ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də... Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.
Atası o hələ 6 yaşında ikən onları tərk edib və o gündən bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o, əslində həkim olmaq istəyirmiş.
Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.
Ümid edirik və inanırıq ki, bu gün öz ayaqları üzərində durmağa çalışan, ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də “Sherg.az”a açıqlamasında "Wolt" şirkətində kuryerlik edən yeniyetmənin görüntülərini izlədiyini deyib: “Qəlbim fərəh hissi ilə doldu, sevindim ki, nə yaxşı, ehtiyac içində yaşayan ailəsinin qeydinə qalan belə övladlarımız var. Həmin yeniyetmənin hərəkətində heç bir qəbahət yoxdur, əksinə, hörmətə və ehtirama layiqdir.
9-cu sinifdən məktəbi buraxıb kuryerlik edən oğlanın görüntüləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusu oldu. Çoxluq mənim kimi onun hərəkətini alqışladı, amma bunu reklam kimi qiymətləndirən, yeniyetmənin əməlinə başqa rəng verib onu tənqid edənlər də oldu. Yəqin ki, bu, məlumatsızlıqdan baş verib. "Xəzər" televiziyasının apardığı araşdırma da sübut etdi ki, o yeniyetmə özünü reklam etmir, ciddi işlə məşğuldur.
Hesab edirəm ki, belə məsələlərdə həssas olmaq lazımdır. Klaviatura qarşısında şirə çevrilməyə ehtiyac yoxdur. Həmin uşağı qınayanlardan biri onun ailəsinə əl boyda çörək veribmi? Kimsə başsız qalan o ailənin qayğılarından xəbərdardırmı? Şəklə baxıb danışmaq, fikir yürütmək asandır, amma həm də lazımsız işdir. İnsanın gününü sosial şəbəkələrdə keçirməsi, lazımlı-lazımsız şərhlər yazması boş-bekarlıq əlamətidir. Mən həmin insanları ciddi işlə məşğul olmağa dəvət edirəm”.
Sosioloq Lalə Mehralı isə deyib ki, biz hər gün uşaq pulunun bərpası ilə bağlı yazılar yazıb kampaniyalar aparırıq ki, aztəminatlı ailələrin uşaqları kiçik yaşlarından istismar olunmasın:
“Kiçik yaşlarından atasız böyüyən uşaq ailəsinin durumuna görə məktəbi atıb işləməyə başlayırsa, burada bütün məsuliyyət dövlətin üzərinə düşür. Görün, o uşaq hansı çətinlikləri yaşayıb ki, zamanını məktəbə getmək, oxumaq üçün yox, işləyib pul qazanmağa sərf etməyi daha üstün tutub. Biz cəmiyyət olaraq bundan narahat olmalıyıq. Düzdür, mən bəlli bir yaşdan sonra uşaqların zəhmətlə tanış olmalarının tərəfdarı olmuşam. Amma bu oğlanın 9-cu sinifdən məktəbdən çıxıb, kuryerlik etməsi xoşagəlməz haldır. Dövlət bu cür çətin durumda olan ailələrin sosial rifahını təmin etməlidir. Onun fotoları sosial şəbəkələrdə paylaşılıb təbliğ olunsa da, bu məsələnin arxasında çox ciddi siqnallar var. Təhsilini atmadan boş vaxtlarında işləyib ailəsinə dəstək olsaydı, bu hadisə xoş qarşılanar, həmin gəncin asudə vaxtlarında ailəsinə kömək üçün işləməsi təqdir olunardı. Amma o, boş vaxtlarını dəyərləndirmək yox, ailəsini dolandırmaq üçün işləyir. 15 yaşından ailə saxlamaq üçün çiyinlərinə ağır yükü götürən uşağın işləməsini bu qədər təbliğ edib normallaşdırmamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə