Şah Sultan Hüseyn məscidi bərpa ediləcək - FOTO
Yusif Nəzərli
14:06 21.10.2022
Cəmiyyət
522
Şah Sultan Hüseyn məscidi bərpa ediləcək.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik aksiyası həyata keçirilib.
Aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində XVII əsrdə inşa olunan məscidin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri aparılıb.
Qeyd edək ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün artıq hazırlıq işlərinə start verilib.
Aksiya iştirakçıları daha sonra yenicə bərpa-konservasiya olunan, XIX əsrdə inşa edilmiş hamama baxış keçiriblər. Bu tarixi abidənin turizm baxış obyekti kimi istifadə olunması planlaşdırılıb.
Tarixi abidlərin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də vətənaşlarımızın mədəni irs nümunələrinə diqqətinin daha da artırılması məqsədi daşıyan aksiyanın davamlı təşkil olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə